Dədə-baba torpaqlarından didərgin düşmüş xocalılılar fəxarətlə öz evlərinə qayıdırlar ŞƏRH

Son 30 ildə torpaqlarımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə İkinci Qarabağ - Vətən müharibəsindən sonra, 2023-cü ildə ərazi bütövlüyü, suverenliyimizin tam bərpa olunması ilə taclandı və beləliklə də bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımlarının qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.

Lakin bunlara baxmayaraq biz qan yaddaşımızı, tarixdə Azərbaycan xalqına qarşı tutulmuş divanları, törədilmiş soyqırımı aktlarını unutmamalı, bu faciələrin yeni, gənc, vətənpərvər ruhda yetişən nəslə çatdırılmasında hərtərəfli fəaliyyət göstərməli, eyni zamanda, tariximizdə, ədəbiyyatımızda, folklorumuzda, bütövlükdə mədəniyyətimizdə hər zaman bu işlərə yer verməli, bu tarixi nəsildən-nəslə ötürərək xalqımızın belə faciələri yaşamasına bir daha yol verməməliyik.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
 

İkinci Dünya müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımlarının həyata keçirildiyini qeyd edən deputat deyib: “Almanların yəhudilərə qarşı Holokostu, Bosniyadakı etnik təmizləmələr və Ruandadakı qırğınlar tarixin qanlı səhifələrinə çevrilib. Təəssüflər olsun ki, sülhün və bəşəriyyətin əleyhinə olan bu kimi cinayətlər müasir dövrümüzdə də davam edib və Azərbaycanın tarixində də qanlı yaraya çevrilib.


Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdən biri də məhz Xocalı soyqırımıdır. 32 il əvvəl, 1992-ci ilin fevral ayında törədilmiş soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 ahıl insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edilib. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib və onlardan 76 nəfəri uşaqlardan ibarət olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib”.

Məzahir Əfəndiyev diqqətə çatdırıb ki, şəhərin işğalı nəticəsində sosial-məişət obyektləri, fərdi yaşayış binaları ilə yanaşı, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

“Beləliklə, insanlarımız heç bir əxlaqa sığmayan işgəncələrə məruz qalıblar, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə tapdalanıb. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərib. “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - deyən Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib.

Daha sonra Azərbaycan Prezidentinin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi istiqamətində bu gün də davamlı olaraq addımlar atılmaqdadır. Bu işi 2008-ci ildən etibarən "Xocalıya ədalət!" adlı beynəlxalq kampaniya çərçivəsində geniş təbliğ edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva öz ardıcıl əməyi ilə gənc nəslimizi bu faciə barədə məlumatları beynəlxalq aləmdə daha çox yaymağa həvəsləndirib.
 

Bu gün kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir”, - deyə deputat bildirib.


O qeyd edib ki, bu il “Konstitusiya və Suverenlik İli”ndə Azərbaycan xalqı Xocalı soyqırımını, həlak olan insanlarımızın əziz xatirəsini yeni bir dövrdə yad edir. Bir tərəfdən təskinliklə qəhrəman övladlarımızın şücaətindən bəhs edərək şəhidlərimizin ruhunu şad edir, onların adlarının əbədiləşdirilməsini həyata keçiririk, digər bir tərəfdən isə işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışa şahidlik edirik. Qürurverici haldır ki, öz doğma yurdundan, dədə-baba torpaqlarından didərgin düşmüş xocalılılar qürurla, fəxarətlə öz evlərinə qayıdırlar.

Görülən işlər çərçivəsində 2024-cü il fevralın 26-da Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyması həmin faciədə dünyasını dəyişmiş soydaşlarımıza bütün Azərbaycan xalqının ehtiramının təzahürü idi.

Bu gün qalib xalqın yeganə istəyi, Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması və Xocalı cinayətinin qatillərinin öz cəzalarını alması, yalnız o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımlarının və qırğınların qarşısının alınmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Şuşa–Xankəndi yolunda avtomobil dərəyə aşdı - FOTO

Şuşa–Xankəndi yolunda avtomobil dərəyə aşdı - FOTO

Şəmkirdə 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə tapıldı – Xəstəxanada keçindi

Şəmkirdə 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə tapıldı – Xəstəxanada keçindi

Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi

Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi

Bu 3 bürc üçün yeni dövr başlayır

Bu 3 bürc üçün yeni dövr başlayır

Aşağı intellekt səviyyəsini göstərə bilən 8 davranış açıqlandı

Aşağı intellekt səviyyəsini göstərə bilən 8 davranış açıqlandı

Ağdamda yanan ərazidə minalar partlayır – ANBAAN GÖRÜNTÜLƏR

Ağdamda yanan ərazidə minalar partlayır – ANBAAN GÖRÜNTÜLƏR

"Ramiz dayı"nın məzarını bu hala saldılar — Tanınmış aktyor etiraz etdi

"Ramiz dayı"nın məzarını bu hala saldılar — Tanınmış aktyor etiraz etdi

Tamerlan Qarayev geri çağırılır?

Tamerlan Qarayev geri çağırılır?

Biləcəridəki yanğına görə məhdudiyyət aradan qaldırıldı – Yenilənib

Biləcəridəki yanğına görə məhdudiyyət aradan qaldırıldı – Yenilənib

“Əl-Hilal”ın hücumçusu “Beşiktaş”a keçə bilər

“Əl-Hilal”ın hücumçusu “Beşiktaş”a keçə bilər

Zelenskidən Makronla birlikdə narkotik iddiasına AÇIQLAMA - VİDEO

Zelenskidən Makronla birlikdə narkotik iddiasına AÇIQLAMA - VİDEO

Yevlaxda ədavət qətllə bitdi: "Qardaşıma 18 dəfə atəş açıb" - VİDEO

Yevlaxda ədavət qətllə bitdi: "Qardaşıma 18 dəfə atəş açıb" - VİDEO

Zakir Həsənov qardaş ölkəyə BAŞSAĞLIĞI VERDİ

Zakir Həsənov qardaş ölkəyə BAŞSAĞLIĞI VERDİ

“Araz-Naxçıvan” “Zirə”dən ayrılan futbolçu ilə müqavilə bağladı

“Araz-Naxçıvan” “Zirə”dən ayrılan futbolçu ilə müqavilə bağladı

59 yaşlı kişinin Sumqayıtdakı kirayə evində acı sonu

59 yaşlı kişinin Sumqayıtdakı kirayə evində acı sonu

“Çin və Rusiya mənə söz veriblər, İrana silah satmayacaqlar” - Tramp

“Çin və Rusiya mənə söz veriblər, İrana silah satmayacaqlar” - Tramp

End of content

No more pages to load

RADİO