COP29-un İT departamentinin təmsilçiləri nüfuzlu “Cisco” şirkətinin mükafatına layiq görülüblər - FOTO

“CISCO” şirkətinin təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində dünyanın ən böyük nüfuza malik texnoloji tədbirlərindən biri olan “Cisco live” tədbiri keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın dövlət və özəl sektorundan 80-ə qədər nümayəndə heyətinin iştirak etdiyi tədbirə COP29 Azərbaycan Əməliyyat Şirkətinin (AƏŞ) İnformasiya Texnologiyaları departamentinin nümayəndələri də qatılıb.

Fevralın 11-də davam edən tədbirdə ənənəyə uyğun olaraq, “CİSCO” şirkətinin “Davamlı inkişaf lideri” mükafatının (Sustainability Leader Award) təqdimat mərasimi keçirilib.
 

Mərasimdə “Cisco Live” COP29 AƏŞ-nin İT departamentini təmsil edən Elnar Əsədov, Cavid Hüseynov, Ayhan Satıcı və Vüsal Şahbazov COP29 nümayəndə heyəti olaraq sözügedən mükafatı qəbul ediblər.


Belə ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası tədbiri zamanı möhkəm təhlükəsiz, avtomatlaşdırılmış və enerjiyə qənaət edən şəbəkə infrastrukturunun qurulmasına görə COP29 AƏŞ “CİSCO” şirkəti tərəfindən müvafiq mükafat üzrə qalib seçilib.

⁠Məlumat üçün bildirək ki, yüksək texnologiyalar sənayesində davamlı inkişafı dəstəkləyən və innovativ həlləri ortaya qoyan uğurlu layihələr adıçəkilən mükafat ilə təltif edilir. COP29, T-Systems, SAP, STC, CORE42, Sykehuspartner və Paris 2024 “CİSCO” tərəfindən mükafat alan layihə icraçılarıdır.


Eyni zamanda tədbir çərçivəsində COP29 İT departamentini təmsil edən Elnar Əsədov “CİSCO” şirkətinin Müştəri Təcrübəsi və Dayanıqlılıq məsələləri üzrə Baş vitse-prezidentləri olan Adele Trombetta və Meri De Vysoçki ilə birlikdə “Dayanıqlılığın təmin edilməsi üçün şəbəkə infrastrukturunun qurulması: CİSCO və BMT COP29-da” başlıqlı mövzu üzrə panel müzakirəsində iştirak edib.

Qeyd edək ki, “Cisco Live” “CİSCO” şirkətinin hər il təşkil etdiyi və texnologiya mütəxəssisələri, IT rəhbərləri, mühəndislər və “CİSCO” məhsullarından istifadə edən müştərilər üçün nəzərdə tutulan tədbirdir. Fevralın 9-dan başlayan bu texnoloji tədbir ayın 14-dək davam edəcək.
 

“Cisco Live”in məqsədi iştirakçıları texnoloji yeniliklərlə tanış etmək, “Cisco” məhsulları və həlləri, o cümlədən “Cisco Live Awards” qaliblərinin uğur hekayəsi haqqında məlumalandırmaqdan ibarətdir.


“Cisco Live” tədbiri həmçinin COP29 tədbirinə Azərbaycan Respublikasının necə uğurla ev sahibliyi etdiyinə, yerli mütəxəssislərin cəlb edilməsi ilə qısa zamanda tam beynəlxalq standardlara cavab verən İKT infrastrukturunun qurulması kimi bir sıra mövzuları beynəlxalq ictimaiyyətə tanıtmaq üçün uğurlu platformadır. Həmçinin, yerli icraçı şirkətlərdən “Cyberpoint” və “All in One Technologies” da tədbirə dəvət edilmişdir.

“Cisco” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə Baş Direktoru Ramil Eyyubovun rəhbərliyi ilə “Cisco” regionda və həmçinin Azərbaycanda inkişaf etməkdədir.

Eyni zamanda, COP29 “Cisco”nun qlobal mükafatı olan “Dayanıqlı inkişaf üzrə yenilikçi” (Sustainability Chagemaker) kateqoriyası üzrə nominasiya edilib. Bu mükafat üzrə 60-dan çox böyük şirkət və qurumlar nominasiya edilib və 25 “Cisco” jurisi tərəfindən finalistlər seçilib. COP29 İT komandası Adidas, Garanti BBVA, Red Sea Global kimi dunyaca tanınan şirkətlər arasında 6 finalistdən biri olmuşdur.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

Bu reklama görə 20 milyon qazandı

Bu reklama görə 20 milyon qazandı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

"Arka Sokaklar" tarixə qovuşdu

"Arka Sokaklar" tarixə qovuşdu

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

End of content

No more pages to load

RADİO