Bu ərazidə kanalizasiya suyu yola axır - ANBAAN VİDEO

Bakı şəhəri, Binəqədi-Balaxanı yolunda kanalizasiya suyunun yola axması sakinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, sakinlər sözügedən ərazidə problemin beş aydır davam etdiyini qeyd ediblər.

Onların sözlərinə görə, yolun çirklənməsi sürücülər üçün də təhlükə yaradır, çünki bu, sürüşmə riskini artırır.

Məsələ ilə bağlı oxu.az-a Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə kanalizasiya xəttinin açılması işləri həyata keçirilir:

"Son zamanlar havaların intensiv yağıntılı keçməsi səbəbindən Digah qəsəbəsinin yer quruluşu etibarilə çökəklikdə yerləşən bir neçə küçəsində qrunt sularının səviyyəsinin qalxması və yağış suları ilə birləşməsi səbəbindən bir neçə yerdə su kütləsinin toplanması, sakinlərin həyətyanı sahələrinə və evlərinə suların dolması müşahidə olunub.

Məsələ ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin, qəsəbə bələdiyyəsinin və aidiyyəti təşkilatların əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək araşdırılma aparılıb.

Tərəfimizdən və aidiyyəti təşkilatların köməyi ilə yığılan su kütləsinin ərazilərdən uzaqlaşdırılması məqsədilə yaxınlıqda yerləşən kanalizasiya xəttinə vurulub.

Buna görə də qeyd olunan kanalizasiya xəttində yüklənmə baş verib və sözügedən xətdə tutulma olduğundan daşma müşahidə edilib. Daşma faktı ilə bağlı tərəfimizdən Bağlar Sukanal İdarəsinə məlumat verilib və hazırda kanalizasiya xəttinin açılması işləri həyata keçirilir".

Cavabda, həmçinin qeyd olunub ki, Digah qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil:

"Bununla bağlı aidiyyəti qurumlara müraciət olunub və məsələ artıq dövlət proqramına salınıb".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

End of content

No more pages to load

RADİO