Qəzaya düşən Dövət Sərhəd Xidmətinin hərbçisi həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Xaçmazın Qusarçay kəndi ərazisində baş verib. Ötən gün gecə saatlarında kartdan pul çıxararaq yolu keçmək istəyən Şeydabəy Qəhrəmanovu “Prado” markalı avtomobil vurub. O, yerindəcə keçinib.
Qeyd edək ki, Şeydabəy Qəhrəmanov işqaldan azad edilmiş ərazilərdə xidməti vəzifədə olubmuş. Xaçmazın Qusarçay kəndinə isə məzuniyyətə gəlibmiş.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu