“Kupça”sı olmayan mənzil sahibləri evini kirayə VERƏ BİLƏR? – HÜQUQİ İZAH

İş yerlərinin və universitetlərinin çoxunun Bakıda yerləşməsi kirayə mənzillərə tələbatı artırıb. Paytaxtda artıq kirayə mənzil bazarı formalaşıb. Lakin burada bəzi problemlər mövcuddur. Problemin biri kirayə mənzillərin qiymətinin tez-tez dəyişməsi, kirayə mənzil qıtlığıdırsa, digər problem kirayə müqaviləsinin olmamasına bağlıdır. Belə ki, mənzil sahibləri çox vaxt kirayə müqaviləsinin bağlanmasında maraqlı olmurlar. Bunun bir səbəbi ödəyəcəkləri vergiyə bağlıdırsa, digər səbəb isə mənzillərin sənədinin olmamasıdır.

Bildiyimiz kimi, vətəndaşın tək mülkiyyət hüququ yox həm də istifadə, sahibilik hüququ da dövlət tərəfindən tanınır. Yəni bu order, sərəncam, alqı-satqı müqaviləsi, məhkəmə qətnaməsi və s. ola bilər.

Vətəndaşın mülkiyyət hüququ yoxdursa, sahiblik, istifadə hüququndan istifadə etməklə evini kirayə verə bilər, yəni kirayə müqaviləsi bağlaya bilərmi? Həmçinin, icraçı mənzili icarəyə verə bilərmi?

Mövzuya münasibət bildirən hüquqşünas Əkrəm Həsənov Bizim.Media-ya deyib ki, hər bir daşınmaz əşya mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Sənədləşdirmə ilə bağlı YENİLİK: Bu ərazidə torpaqlar KƏSKİN BAHALAŞACAQ


"Qanunvericiliyə görə, mülkiyyətçi özü və ya icarəçi özü də mənzili icarəyə verə bilər. Bu, mülkiyyətçinin hər dəfə razılığı ilə, ya da onun mülkiyyətçi ilə icarə müqaviləsində öncədən verilmiş razılıq əsasında baş verə bilər. Nümunə üçün deyək ki, ev mənim mülkiyyətimdədir, mən bunu kiməsə müqavilə ilə icarəyə vermişəm və müqavilədə icarəyə verdiyim adamın da mənzili icarəyə verə biləcəyi qeyd edilib. Əgər elə müddəa yoxdursa, icarəçi mənzili başqasına icarəyə verəndə hər dəfə mülkiyyətçidən icazə almalıdır”.

Ekspert hesab edir ki, orderlə olan mənzillərdə isə icazə dövlətdən alınmalıdır:

“Yəni əgər mənzil dövlət mülkiyyətindədirsə, amma orderlə verilibsə, deməli, orderi olan şəxs mənzili başqasına icarəyə verəndə dövlət orqanının razılığını almalıdır. Burada is başqa məsələlər var. Bizdə indi yeni tikilmiş binalarda xeyli mənzillər var ki, heç orda mülkiyyətçinin kim olduğu bilinmir. Yəni hələki bina dövlət qeydiyyatına alınmayıb, təhvil verilməyibsə, qanuna görə, bu, icarəyə verilə bilməz.

Amma bu yaxınlarda belə bir nməhkəmə işinə rast gəldim, bina dövlətə təhvil verilməyib, çıxarışı yoxdur, amma onu icarəyə verirlər. Düzdür, notarial qaydada müqavilə bağlaya bilmirlər, çünki notarial qaydada müqavilə bağlamaq üçün mütləq çıxarış olmalıdır. Mən bunu qanun pozuntusu hesab edirəm. Çünki daşınmz əmlaka, bina dövlət reyestrində yoxdursa, o başqasına icarəyə verilə bilməz. Amma məhkəmələrin hələlik mövqeyi budur ki, verilə bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

End of content

No more pages to load

RADİO