Göbələk supundan zəhərlənmənin olduğu iddia edilən restoranın SAHİBİ - “Niyə o yeməyi başıma vurmursan?”

"Evə qayıdarkən mədəmdə ağırlaşma hiss etdim. Evdə isə üşütmə, qusma və əzələ ağrısı oldu. Təxminən iki-üç saat sonra hər ikimizdə qızdırma, halsızlıq və ürəkbulantısı başladı. Zəhərləndiyimizi anladıq. Çünki həmin gün sadəcə evdə səhər yeməyi yemişdik. Güman edirik ki, restoranda yediyimiz göbələk supundan zəhərlənmişik, çünki burger ikimizdə fərqli tərkibdə idi”.

Bunu sosial şəbəkədə Bakının Fəvvarələr meydanında yerləşən “Meating Point” restoranın müştərisi Haldun Novruzzadə yazıb.

Bizim.Media xəbər verir ki, o, həyat yoldaşı ilə restoranda yedikləri yeməklərdən zəhərləndiklərini iddia edir.

Bildirir ki, vəziyyətləri pisləşən kimi  Kliniki Tibbi Mərkəzin (KTM) toksikologiya şöbəsinə müraciət ediblər və onlara tibbi yardım göstərilib:

“Hazırda məndə qızdırma və halsızlıq davam edir, həyat yoldaşımda nisbətən yaxşılaşma olsa da, bədən ağrısı qalır”.

O eyni zamanda qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) də baş verən hadisəyə reaksiya verilib:

“Mənə iki dəfə zəng edib şikayəti qeydə alıblar, restoranda yoxlamalar başlanılıb”.

Söylənilənlərlə bağlı restoranla əlaqə saxladıq. “Meating Point”in meneceri Oqtay Camalov Bizim.Media-ya bildirdi ki, indiyədək rəhbərlik etdiyi xidmət obyektində heç zaman belə hal olmayıb:

“Çalışdığımız 9 ildə indiyə kimi bir dəfə də olsun, bizdən şikayət edən olmayıb. Həmin günü 10-15 ədəd şorba satmışıq. Əgər keyfiyyətsiz olsaydı, başqaları da zəhərlənərdi. Heç bir şikayət yoxdur. Bəlkə bu feykdir? Rəqiblərimizin bizə qarşı oyunudur. Yalandan yazıblar. Belə şeylər azmı olur?! Əgər onlar həqiqətən də bizdəki yeməklərdən zəhərləniblərsə, onunla bağlı analizlərin cavablarını, həkim rəyini ortaya qoysunlar. Yazılı, rəsmi şəkildə sənəd versinlər ki, həqiqətən də bu adamlar burda yedikləri göbələkdən zəhərləniblər. Biz də o göbələk yeməyini göndərək yoxlatdıraq və aydınlaşsın.

Əgər dedikləri kimi həqiqətən sənəd-sübut olarsa, mən deyərəm ki, bəli, bu mənim günahımdır, üzr istəyirəm. Cəzam nədirsə, verin. Amma biz məhsulumuzun keyfiyyətinə zaminik, bilirik ki, keyfiyyət yüksək səviyyədədir. Bu adamlar niyə belə deyir, məqsədləri nədir, onu da bilmirəm. Bu haqda heç nə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bizdə hazırlanan yeməkdən zəhərlənmə ola bilməz. Çünki bu suplar hər gün bişirirlir və təzə olur”.

Restoran sahibi onu da qeyd edib ki, onlar göbələkləri xüsusi olaraq seçirlər:

“Bizim istifadə etdiyimiz göbələk meşə göbələyi deyil. Dükandan alınan “Şampinyon”dur. Hətta onu çiy də yesən, heç nə olmaz. Halbuki bu bişib. O supların tərkibində üç məhsul var. Göbələk, Türkiyə məhsulu, ən bahalı qaymaq olan “Rama” və yerli istehsal olan süddür. Yəni onlardan qətiyyən zəhərlənmə ola bilməz. Çünki hamısı təzə-təzə alınır. Üstəlik də, burda göbələkdən bir neçə çeşiddə yemək hazırlanır. Sup, burqer, sous və s. O hesabla burda yemək yeyənlərin hamısı yıxılıb ölməli id. İki nəfər özünü pis hiss edibsə, demək olmaz ki, bu, bizim yemək səbəbindən olub.

Bəlkə bu adamlar başqa bir səbəbdən xəstələniblər?!

Bunun üçün min cür səbəb ola bilər. Bundan başqa iki həftə əvvəl AQTA bura baxış keçirib. Burda çalışan hər kəs imtahan verib və sertifikat almışıq. Ümumiyyətlə, mən 10 ildən artıqdır ki, bu sektorda çalışıram. Mənim təcrübəmə görə, əgər səninlə bağlı belə addımlar atırlarsa, demək ki, sən yaxşı işləyirsən. Sonrası da istənilən adam xarab olmuş, turşumuş yeməyi yeyəndə hiss edir. Əgər hiss edirsənsə, niyə onu yeyirsən? Niyə o yeməyi mənim başıma vurmursan ki, ay yaramaz, zay şorba satırsan?! Kəsəsi, mən bizim restoranın yeməklərinin təzə və keyfiyyətli olmasından əminəm. Səbəb bizim yeməklər ola bilməz”.

Qeyd edək ki, AQTA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildiriblər ki, məsələ agentliyin Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Eləcə də Kliniki Tibbi Mərkəzdən də sorğumuza cavab verilib. Bildirilib ki, yanvarın 10-da saat 02:08 radələrində 1991-ci il təvəllüdlü vətəndaş Haldun Novruzzadə qızdırma, halsızlıq, ürəkbulanma şikayətləri ilə Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub:

"Pasiyentə müayinə prosedurları icra edildikdən sonra qastroenterit diaqnozu qoyulub. Vital göstəriciləri norma daxilində olub. Zəruri tibbi yardım xidmətlərindən sonra xəstə ambulator müalicə üçün evə buraxılıb".

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

End of content

No more pages to load

RADİO