Hacıqabulda 3,1 maqnitudada zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, hadisə yerli vaxtla saat 18:31-də Şirvan stansiyasından 20 km şimalda qeydə alınıb.
Yeraltı təkanların ocağı 38 km dərinlikdə hiss edilib.
Bizim.Media