Azərbaycanlı iş adamı təyyarə qəzasında həlak olan Qazaxıstan vətəndaşlarının yaxınlarına ev bağışladı - FOTO

AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Aktau şəhərində anılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyi və Mangistau vilayətinin Akimatı tərəfindən təşkil edilən tədbirdə Mangistau vilayətinin akimi Nurdaulet Kılıbay, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı, qəza nəticəsində həlak olmuş qazaxıstanlıların ailə üzvləri, Azərbaycan diasporunun nümayəndələri, xilasetmə işlərində iştirak etmiş qurumların təmsilçiləri və Aktau şəhərinin sakinləri iştirak ediblər.



Mangistau vilayətinin akimi Nurdaulet Kılıbay mərasimdə çıxış edərək həlak olanların yaxınlarına başsağlığı verib. Deyib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə təyyarə qəzasının nəticələrinin aradan qaldırılması və səbəblərinin müəyyən edilməsi, zərərçəkənlərə yardım göstərilməsi üçün hökumət komissiyası yaradılıb. Qazaxıstanın səlahiyyətli orqanları, o cümlədən Mangistau vilayətinin Akimatı faciə günlərində bütün zəruri tədbirləri görüb.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoglanov öz növbəsində bildirib ki, faciə hər kəsin qəlbində dərin iz buraxıb.

"Lakin bu hadisə həm də bizi birləşdirdi. Bir daha bütün dünyaya göstərdi ki, biz qardaş xalqlarıq. Bu, sözdə deyil, əməldə də belə oldu. Biz bunu burada, Aktauda öz gözlərimizlə gördük", - deyə diplomat bildirib.



Səfir qəzadan dərhal sonra zəruri tədbirlər görən və zərərçəkmiş sərnişinlərin xilas olunmasında fəal iştirak edən xilasedicilərə, peşəkar tibbi personala, həmçinin bütün Qazaxıstan vətəndaşlarına dərin minnətdarlığını bildirib.

Diplomat Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə səfirlik adından Amil Yusifova təşəkkürnamə təqdim edib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel vurğulayıb ki, bu gün ölkələrimiz arasındakı münasibətlər həqiqətən müttəfiqlik xarakteri alıb. O qeyd edib ki, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən Qazaxıstan və Azərbaycan Türk dünyasının mühüm aktorları, həmçinin Avrasiya nəqliyyat-logistika arxitekturasının əsas həlqələridir.



A.Bayel Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında dostluq və qardaşlığın faciədən sonra daha da möhkəmləndiyinə dair sözlərini xatırladıb. O, bu kontekstdə deyib ki, Qazaxıstan tərəfi azərbaycanlı iş adamı Amil Yusifovun təyyarə qəzasında həlak olanların ailələrinə yardım göstərmək təklifini minnətdarlıqla qəbul edib.

Mərasimdə iş adamı Amil Yusifov Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində beş ikiotaqlı tam təmirli və əşyalı mənzillərin açarlarını qəzada həlak olmuş qazaxıstanlıların yaxınlarına təqdim edib. Bundan əlavə, iş adamı Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, xəstəxanaya, Aktau şəhərinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə edib.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günayın Misir tətili - Fotolar

Günayın Misir tətili - Fotolar

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

End of content

No more pages to load

RADİO