“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...”

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) və onunla birgə mühakimə edilən Kuçer Konstantin Antonoviçin məhkəmə araşdırması davam edir.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda ittiham tərəfinin şahidləri dindirilib.

Məlumat üçün deyək ki, Oleq Bakinski xuliqanlıqda, Kuçer Konstantin Antonoviç isə xuliqanlıqdan əlavə xüsusilə külli miqdarda dələduzluqda ittiham edilir. Sonuncu əvvəllər Ukraynada müdafiə sənayesi nazirinin müavini işləyib. Təqsirləndirilən şəxslərin birgə ittihamı bir nəfəri silah qismində istifadə edilən əşya ilə döymələri ilə bağlıdır. Onlar isə özlərini təqsirli bilmirlər.

Əvvəlcə Oleq Bakinskinin vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb:

“Həbsindən əvvəl müvəkkilimin səhhətində problem var idi. İndi yenidən xəstəliyi baş qaldırıb.

Bundan əlavə, şəxsin bəlli yaşayış yeri var, ittiham edildiyi maddə də xüsusilə ağır cinayət deyil. Bütün bu səbəblərdən vəsatət təmin edilməlidir”.

Oleq Bakinski özü də həbsdə saxlanılmasından narazılıq edib: “7 aydır Kürdəxanıda oturmuşam. Ortada ciddi bir məsələ də yoxdur. 25 yaşımda deyiləm ki, deyim bir az da qalım”.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesin davamında prokuror təqsirləndirilən Kuçer Konstantin Antonoviçi sorğu-sual edib.

Təqsirləndirilən əvvəlcə dələduzluq epizodu ilə bağlı danışıb. Deyib ki, onun zərərçəkmiş şirkətlərlə mülki aviasiya avadanlıqlarının alqı-satqısı ilə bağlı müqaviləsi olub. Sonuncu müqaviləyə görə Ukrayna və digər ölkələrdən gələn avadanlıqlar Hindistana göndərilməli imiş. Bunun üçün də 4 milyon manata yaxın pul “Günay Bank”dakı hesablara köçürülüb. Həmib bank müflisləşdiyi üçün pullar batıb. Buna baxmayaraq, 2 milyon yarımlıq sifariş icra edilib.

Müttəhim xuliqanlıq epizodu ilə bağlı sualı cavablayarkən hadisə baş verən gün görüşü Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayevin təşkil etdiyini deyib. Amma Musayev özü danışıqlarda iştirak etməyib, münaqişə də həmin görüşdə baş verib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də həbsdə mühakimə edilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günayın Misir tətili - Fotolar

Günayın Misir tətili - Fotolar

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

End of content

No more pages to load

RADİO