Uşaqları faciəyə sürükləyən OYUNLAR – Övladlarımızı necə QORUYAQ?

Texnologiyanın sürətli inkişafı həyatımızın bir çox sahələrində yardımçı olsa da, bəzi məsələlərdə bizi çarəsiz, ciddi fəsadlarla üz-üzə qoyur. Xüsusilə virtual dünyanın uşaqların və yeniyetmələrin həyatına müdaxiləsi zaman-zaman ağır nəticələrə gətirib çıxarır. Bir müddət öncə gündəmə gəlib çoxsaylı uşağı öz qurbanına çevirən “Mavi balina” kimi...

İllər əvvəl qurbanlarını təhdidlə ölümə sürüklüyən bu virtual bəla deyəsən, başqa formada yenidən evlərimizə, uşaqlarımızın həyatına sızmaqdadır. Belə ki, son günlərdə yayılan bir neçə fakt bunu deməyə əsas verir.

Öncə 16 yaşlı Ələkbər intihar elədi. Yaxınları onun ölümündən əvvəl oynadığı oyunda anası ilə təhdid edildiyini bildirdi.

Daha sonra sosial şəbəkə istifadəçilərindən biri 210 nömrəli məktəbdə oxuyan övladına üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızların verilməsi haqda paylaşım elədi.

Doğrudur, məsələ ilə bağlı araşdırma aparan Daxili işlər Nazirliyinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlama verib bunun kriminal təhlükəsi olmadığını bildirdi: "İki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur".

Amma eyni zamanda bu təhlükənin hər zaman gözlənilən olduğunu, evimizdə onları yanlış əmələ, faciəyə yönəldə biləcək “düşmən”in həmişə tətikdə olduğunu xatırladıb:

“Valideynlər bilməlidirlər ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kibertəhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli "əmr"lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, "mənim övladım bunu etməz". Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır".

Bu mənada valideyn hər zaman ayıq-sayıq, övladına münasibətdə hədsiz diqqətli olmağa çalışmalıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Tariyel Faziloğlu bu qənaətdədir:

“Bizə hər gün virtual oyunlara aludə olan neçə-neçə uşaq və yeniyetmələrlə bağlı müraciətlər olur. Ümumiyyətlə, uşaqların belə oyunlara aludəçiıliyinin artmasına əsas səbəb onların texnika ilə gərəkəndən yaxın təmasda olmasıdır. İndi hər kəsin əlində smartfon və internetə çıxış imkanı var. Bunları birdəfəlik həyatımızdan çıxarmaq, demək olar ki, mümkün deyil. Ona görə də valideynlər övladları ilə daha çox zaman keçirməyə çalışmalıdırlar”.

Psixoloq qeyd edir ki, əsasən problemli ailələrin uşaqları virtual oyunların əsirinə çevrilirlər:

“Müşahidələrimiz onu göstərir ki, adətən virtual oyunlara aludə olanlar münaqişəli ailələrin uşaqlarıdır. Problemli ailələrdə özünü tənha hiss edən, səsi eşidilməyən, görünməyən, dinlənilməyən, basqı altında olan uşaqlarda daha çox belə asılılıqlar yaranır. Ona görə də valideynlər övladlarına  diqqət, sevgi əskikliyini ortadan qaldırsalar, onlara sevgi, qayğı göstərsələr, bir də ailədaxili mübahisə və münaqişələrdən uzaq tutsalar, üzücü nəticələr olmaz. Zənnimcə, məsələyə bu aspekdən yanaşsaq, uşaqlarımızı daha çox qoruya bilərik”.

Psixoloq onu da qeyd edir ki, əgər valideynlər övladının hansısa oyun oynayarkən davranışında ifrat emosianal reaksiya görərsə, mütləq, yubatmadan psixoloqa müraciət etməlidir.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də öz tövsiyəsini verib: 

“Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili də çağdaş texnologiyaların, xüsusi ilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil.

Artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur:

“Lakin bu zaman da, ümumi təhsil müəssisələrinin internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlılığının qarşısını alır.

Qeyd edirik ki, ümumi təhsil müəssisələrində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən digər aidiyyəti qurumlarla birlikdə məktəblilər və onların valideynləri ilə tədbirlər planına uyğun olaraq maarifləndirici görüşlər həyata keçirilir. Görüşlər zamanı kibertəhlükələrdən qorunma yolları və bunun riskləri barədə ətraflı məlumat verilir. Valideynlərə məktəbdənkənar saatlarda övladlarının telefondan istifadəsinə nəzarət etmələri tövsiyə edilir”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

Elgizin yerinə o gəldi - VİDEO

Elgizin yerinə o gəldi - VİDEO

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

“13 illik boşluğu doldurmalı idik...”

“13 illik boşluğu doldurmalı idik...”

İranda dollar rekord həddə BAHALAŞDI

İranda dollar rekord həddə BAHALAŞDI

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO

WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO

Dünya mətbuatı Prezidentin Zirvə çıxışından yazdı - FOTO

Dünya mətbuatı Prezidentin Zirvə çıxışından yazdı - FOTO

End of content

No more pages to load

RADİO