Gəncədə ər və onun arvadını maşın vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ş.İ. Xətai prospektində baş verib.
Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadalar Samux rayon Çobanabdallı kənd sakinləri 62 yaşlı Məmmədov Əbülfət Məcid oğlunu və onun həyat yoldaşı 1964 cü il təvəllüdlü Mətənət Məmmədovanı vurub.
Yaralılar yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Ə.Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu