DİQQƏT: Bu məhsulların istehsalında “un qurdu”ndan istifadə EDİLƏCƏK

Avropa İttifaqı çörək, pendir və makaron kimi qida məhsullarında 4%-ə qədər ultrabənövşəyi şüalarla işlənmiş “un qurdu”nun istifadəsinə icazə verib.

Qeyd edək ki, bu qərar fevralın 10-dan etibarən qüvvədə olacaq. Avropadakı bu yenilik bir çox müzakirələrə səbəb olub. 

Həmçinin, qeyd olunan məhsulların bir çoxu Azərbaycana  xaricdən gətirildiyi üçün narahatlıq doğurub.
 

MÖVZU İLƏ BAĞLI:

Fevral ayında rasiona əlavə edilməli olan QİDALAR


Bəs onların tərkibində də “un qurdu” istifadə olunursa, bunun orqanizmə nə kimi ziyanları ola bilər? 

Bizim.Media mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın mövzuyla bağlı fikirlərini öyrənib.

Müsahibimizin sözlərinə görə “un qurd”ları adətən taxıl məhsullarında, saxlama yerlərində yaranan kiçik həşəratlardır.
 

“Bu həşəratlar məhsulun tərkibini zəhərləmir. Ancaq onu çürüdərək, süfrələrini buraxaraq keyfiyyətini pisləşdirir. Bu qurdların çoxalmasının qarşısını almaq üçün rütubət, temperatur, saxlama şəraiti çox önəmlidir. Buna görə də unun saxlandığı yerdə rütubət olmamalı, məkan mütəmadi  olaraq havalandırılmalıdır, tempratur rejimi sabit olmalıdır. Un qurdları məhsulu çürüdüb, taxılı yeyərək onu keyfiyyətsiz hala gətirir. Bu da insanlarda bir çox xəstəliyə səbəb ola bilər”.


Ekspert xəbərdarlıq edir ki, əgər məhsulda un qurdu varsa, onun istehlak olunması ümumiyətlə tövsiyyə olunmur.

 “Avropa İttifaqında, digər ölkələrdə ultrabənövşəyi şüalarla işlənmiş un qurdlarının istifadə edilməsinə həm mikrobioloji təmizliyi təmin etmək, həm də məhsulun rəf ömrünü uzatmaq məqsədilə icazə verilir. Ultrabənövşəyi şüalardan keçilmə qurdların məhv olmasına səbəb olur.

Ancaq belə qidaların insana ciddi ziyanı olub-olmamasıyla bağlı geniş tədqiqatlar yoxdur. Lakin sağlam qidalanmaq üçün daha təbii, təmiz, təhlükəsiz məhsullardan istifadə etmək tövsiyyə olunandır. Un, taxıl, eləcə də pendir məmulatlarını alarkən birinci, keyfiyyət sertifikatlarına, üzərindəki məlumatların tam olmasına, istehsal tarixinə, saxlanma şəraitinin satıldığı yerlə eyni olub-olmamasına diqqət etmək lazımdır. Çünki qida məhsulunun saxlanma rejiminə riayət edilməyəndə  qurdların inkişafına mikrobioloji problemlərə səbəb olur”.

Məhsəti Hüseynova sonda qeyd edir ki, Azərbaycana xaricdən idxal olunan məhsulların satışına Qida Təhlükəsizlik Normalarına cavab verməsiylə bağlı monitorinqlər, laborator analizlərin nəticəsinə əsasən icazə verilir. Buna da müvafiq orqan nəzarət edir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Günayın Misir tətili - Fotolar

Günayın Misir tətili - Fotolar

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

End of content

No more pages to load

RADİO