Repititorluğun birdən-birə ləğvi mümkün deyil.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repititorluqla məşğul olması doğru deyil:
"Dəbə görə də repititor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır. Repititorluğun ləğvi birdən-birə aparıla bilməz. Mərhələ-mərhələ repititorluq ləğv ediləcək".
Ayşən Rəhim, Bizim.Media.