“Hazırda Qarabağ Universitetində 1100 nəfərdən çox tələbə təhsil alır. Gələn il daha 1500 tələbənin Qarabağ Universitetinə qəbul olması planlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
“Növbəti il də tələbələr təhsil haqqından azad olunacaqlar və yataqxana ilə təmin ediləcəklər.
Ən əsas yeniliyimiz Tibb fakültəsinin açılmasıdır. Əlimizdən gələni edirik ki, sentyabr ayından etibarən Qarabağ Universitetinin Tibb fakültəsi və klinikası fəaliyyətə başlasın. 5 il ərzində Qarabaf universitetinin 10-15 min tələbəsi olacaq”, - deyə nazir əlavə edib.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media