Ağdam şəhərində hansı tikinti işləri gedir? - FOTO

Füsunkar təbiəti, tarixi-mədəni abidələri ilə tanınan Qarabağda geniş turizm potensialı var.

Bərpa-quruculuq işlərinin aparılması və sakinlərin doğma yurda qayıdışı ilə paralel olaraq bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün tədbirlər görülür. Regionun digər yerlərində olduğu kimi, Ağdamda da genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, tarixi-mədəniyyət abidələri bərpa edilir, müasir tələblərə cavab verən otellər inşa olunur.

Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-a bildirib ki, Ağdamın erməni vandalizminə məruz qalmış tarixi memarlıq abidələrindən biri İmarət kompleksidir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq kompleks ötən il əsaslı şəkildə bərpa edilib.

3,3 hektar ərazini əhatə edən İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış ziyarətçi mərkəzinin, muzey və kafenin xidmətlərindən istifadə edə bilirlər.

Ağdam şəhərindəki Cümə Məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Qiyaslı məscidində və Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri olan Şahbulaq qalasında da bərpa işləri davam etməkdədir.

Ötən il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində “Aghdam City Hotel”in açılışı oldu. Hazırda “Hilton Garden İnn” hotelinin tikintisi davam edir.

“Aghdam City Hotel”in əməliyyatlar üzrə rəhbəri Ayxan Cabbarov bildirib ki, beşmərtəbəli otel binası 130 otaq, restoran, iclas otaqları və bir böyük ziyafət zalından ibarətdir. Qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradılıb.

Tam müasir və beynəlxalq standartlara cavab verən otelin otaqlarının 2-si fiziki məhdudiyyətli qonaqlar üçün, 4 otaq isə uzun müddət qalmaq istəyən qonaqlar üçün nəzərdə tutulub.
Ağdam şəhərində inşası davam edən digər otel “Hilton Garden Inn”dir. Layihə rəhbəri Sinan Rəcəblinin bildirdiyinə görə 2,16 hektar ərazidə inşa edilən otel 127 otaqdan ibarət olacaq. Burada həmçinin qapalı hovuz, fitnes və SPA mərkəzləri, terrasda restoranlar fəaliyyət göstərəcək. Oteldə işlər yekunlaşmaq üzrədir.

Dəmir-beton işləri 90 faiz, fasad işləri 70 faiz, daxildə santexnika və bəzək işləri 40-50 faiz yekunlaşıb. Bu ilin üçüncü rübünə işlərin tam başa çatdırılması nəzərdə tutulur.

Görülən işlər, həyata keçirilən layihələr onu deməyə əsas verir ki, Ağdam tezliklə regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Günayın Misir tətili - Fotolar

Günayın Misir tətili - Fotolar

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

End of content

No more pages to load

RADİO