“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilərək, növbəti dəfə piyadalarla bağlı cərimələrin məbləği artırıldı.xa0
Belə ki, sürət həddi səksən kilometrdən yüksək olan yollarda piyada yol hərəkəti qaydalarının tələblərini pozmaqla keçərsə, artıq iyirmi manat yox, qırx manat cərimə olunacaq. Çox maraqlıdır ki, bu kimi cərimələrin tətbiq olunmasıyla, yoxsa maariflənmə işləri aparmaqla biz piyadaların yol hərəkəti qaydalarını pozmasınınxa0 qarşısını ala bilərik.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Moderator.az -a açıqlamasında bildirdi ki, burda iki istiqamətdə iş aparılmalıdır:
xa0
“Sürət həddi səksən kilometrdən yüksək olan küçələrdə piyada yol hərəkəti qaydalarını pozmaqla yolu keçərsə, artıq qırx manat cərimə olunacaq. Belə sürət həddi Heydər Əliyev, Ziya Bünyadov prospektində və Yusif Səfərov küçəsindədir. Başqa küçələrdə bu cərimə qırx manat deyil, yenə iyirmi manat olaraq qalır. Düşünürəm ki, bu istiqamətdə piyadalar arasında maarifləndirməyə də çox ciddi ehtiyac var. İkincisi isə məsuliyyətin labüdlüyü məsələsidir. Piyada bilməlidir ki, yol hərəkəti qaydaları var və bu onun sağlamlığını, təhlükəsizliyini qorumaq üçündür. Piyada həm də bilməlidir ki, qaydalara əməl etməsə, mütləq cərimələnəcək. Bunu öyrədə bilsək, prinsipial dəyişikliyə nail ola bilərik”.xa0
Vasif Əlihüseyn