Bakıda taksi sürücüsü ona yol verməyən şəxsin boynunu SINDIRDI

Bakıda ona yol vermək istəməyən şəxsin boynunu sındıran taksi sürücüsünə hökm oxunub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə ötən il mayın 30-da saat 04:30 radələrində Bayılda baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Elmar Bağırov (ad, soyad şərtidir) həmin vaxt taksi kimi idarə etdiyi avtomobillə sifariş qəbul etməyə gedib.

Bu zaman Xəyyam dostu Rasim və iki qadının olduğu avtomobildə tək hərəkət zolağının olduğu yola daxil olub.

Nəticədə bir-birinə yol vermək üstündə sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində sərxoş vəziyyətdə olan Xəyyam taksi sürücüsü Elmara hücum edib. Lakin o, yerə yıxılıb. Bu zaman Elmar yerdə olan şəxsin boynunu sıxaraq ona ağır xəsarət yetirib.

Xəyyam hər iki əl və ayaqlarının hərəkətinin pozulması ilə nəticələnən və onurğa beyninin ağır dərəcəli əzilməsi, 3-cü boyun fərəqəsinin sınıq-çıxığı ilə müşayiət olunan qapalı fərəqə sütunu travması alıb. Boynu sınan şəxs ağır vəziyyətdə evinə aparılıb.

Zərərçəkmiş şəxsin qardaşı ifadəsində bildirib ki, hadisə nəticəsində Xəyyamın bədəninin 95 faizi funksionallığını itirib:

“Hadisə günü gecə saat 04:25-də Rasim adlı dostu qardaşım Xəyyamı halsız və içkili vəziyyətdə gətirib mənə təhvil verdi. Daha sonra Xəyyamı Rasimin maşını ilə təcili tibbi yardım stansiyasına apardıq. Orada içkili olduğu üçün Xəyyamı “Semaşko”ya apararaq mədəsini yuduzdurmalı olduğumuzu dedilər. Xəyyam özünə gəldikdən sonra xəstəxanaya getmək istəmədiyini dedi. Çünki Xəyyamın özünün də boynunun sınmasından xəbəri yox idi. Qardaşım yaxşı olduğunu dedikdən sonra onu evdə qoyaraq işə getdim.

Axşam saat 5-6 radələrində bacım zəng edərək Xəyyamın boynundan aşağı bədən hissəsini hiss etmədiyni dedi. Mən çatana qədər polislər evimizə getmişdi və Xəyyamı TTYS-ə apardılar.

2-3 gün sonra qonşunun qapısında quraşdırılmış müşahidə kameralarına düşmüş

videogörüntüyə baxdıqda təqsirləndirilən şəxslə Rasimin mübahisəsi olduğunu, Xəyyamın araya girdiyini və mübahisə nəticəsində belə bir hadisə olduğunu gördük. Hazırda qardaşımın bədəninin 95 faizi işləmir. Xəyyam ümumilikdə 55 gün xəstəxanada qaldı. 50 gün müddətində süni tənəffüs aparatında oldu”.

İbtidai istintaq Elmarı Cinayət Məcəlləsinin 126.1-ci (Qsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham etsə də, məhkəmə bununla razılaşmayıb.


Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin 130.1-ci, yəni, “zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə təqsirli bilinməsinə qərar verib.
Ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq taxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya PUA-sı Krivoy Roqda hipermarketə zərbə endirdi - VİDEO

Rusiya PUA-sı Krivoy Roqda hipermarketə zərbə endirdi - VİDEO

Şou-biznesdə toy ab-havası: Məşhurlar ailə qurur - FOTO

Şou-biznesdə toy ab-havası: Məşhurlar ailə qurur - FOTO

Viktor But: ABŞ həbsxanasında məni "Silah baronu" filminin qəhrəmanı ilə eyniləşdirirdilər

Viktor But: ABŞ həbsxanasında məni "Silah baronu" filminin qəhrəmanı ilə eyniləşdirirdilər

Lionel Messi MLS Ulduzlar Matçının heyətindən çıxarıldı

Lionel Messi MLS Ulduzlar Matçının heyətindən çıxarıldı

SEPAH: İsrail yeni müharibəyə başlasa, nəticələrini yaxşı bilir - VİDEO

SEPAH: İsrail yeni müharibəyə başlasa, nəticələrini yaxşı bilir - VİDEO

Fransa ABŞ-ı Şimali Koreya və Rusiya ilə eyni sıraya qoydu - FOTO

Fransa ABŞ-ı Şimali Koreya və Rusiya ilə eyni sıraya qoydu - FOTO

Qadın deyindi, tobot-tozsoran "intihar etdi" - ANBAAN VİDEO

Qadın deyindi, tobot-tozsoran "intihar etdi" - ANBAAN VİDEO

Küveyt İrana qarşı zərbələrdə iştirak etməsi barədə iddiaları təkzib etdi

Küveyt İrana qarşı zərbələrdə iştirak etməsi barədə iddiaları təkzib etdi

Şəkidə avtomobilin vurduğu piyadalardan biri öldü

Şəkidə avtomobilin vurduğu piyadalardan biri öldü

İranın nəzarətində olan şəbəkə gizli agentləri qayıqlarla Böyük Britaniyaya daşıyır

İranın nəzarətində olan şəbəkə gizli agentləri qayıqlarla Böyük Britaniyaya daşıyır

Milyarder Niderlanda qarşı beynəlxalq arbitraj iddiası qaldırdı

Milyarder Niderlanda qarşı beynəlxalq arbitraj iddiası qaldırdı

Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə BAŞI BƏLADA

Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə BAŞI BƏLADA

Vens: “Vaşinqton və Tehran arasında münaqişə yenidən kəskinləşə bilər”

Vens: “Vaşinqton və Tehran arasında münaqişə yenidən kəskinləşə bilər”

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri - VİDEO

İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri - VİDEO

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

“Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir” - Sibiqa

“Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir” - Sibiqa

Nyu-Yorkda atışma - 1 ölü, 2 yaralı var

Nyu-Yorkda atışma - 1 ölü, 2 yaralı var

Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var - FOTO

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var - FOTO

ABŞ–İran müharibəsi aylarla davam edə bilər

ABŞ–İran müharibəsi aylarla davam edə bilər

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

End of content

No more pages to load

RADİO