33 il əvvəl bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - Bəraət aldı - FOTO

33 il əvvəl Bakıda mağazadan bir ədəd şalvar və bir dəst kostyum oğurlayıb ölkədən qaçan şəxsin cinayət işinə indi xitam verilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər veri ki, Bakı Ağır Cinayətlər Məhkəməsi vəziyyətin dəyişməsi ilə bağlı belə qərar çıxarıb.

Sözügedən oğurluq cinayəti 1992-ci ilin martında baş verib.

Təqsirləndirilən Samir Kərimov (şərti ad-soyadlı) indiki Azadlıq prospektində yerləşən “Saburovo” yaradıcılıq istehsalat birliyinin mağazasını yararaq 251 rubl 37 qəpiklik bir ədəd kişi şalvarı və dəyəri 175 rubl 56 qəpik olan bir dəst qadın kostyumunu oğurlayaraq, ticarət obyektinə ümumilikdə 426 rubl 93 qəpik məbləğində maddi ziyan vurub.

Həmin vaxt məhkəmə gedişində azadlıqda olan Samir ölkədən qaçmağı bacarıb. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib.

20 il sonra Binəqədi Rayon Polis İdarəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevaya məktub göndərib ki, uzun müddətdir, icraatınızda olan iş üzrə təqsirləndirilən şəxsin Rusiyada olması müəyyən edilib. Amma müddət keçdiyi üçün axtarış qərarı ləğv edilib.

Eyni RPİ-dən il yarım əvvəl məhkəməyə daxil olan məktubda da həmin şəxsin hələ də tutulmadığı bildirilib.

Ramella Allahverdiyeva təqaüdə çıxdığı üçün yekun iclası hakim Azad Məcidov keçirib.
İittihamdan görünür ki, cinayət nəticəsində dəymiş ziyanın məbləği 426 rubl 93 qəpik təşkil edir. Həmin məbləğ də indiki məzənnə ilə cəmi 42 manat edir.


Prokuror cinayətin üstündən 30 ildən çox vaxt keçdiyini, dəymiş ziyanın məbləğinin indiki pulla cüzi məbləğ təşkil etdiyini nəzərə alaraq ittihamdan bəraətverici əsasla imtina etdiyini bəyan edib.

Belə olan halda məhkəmə işi bitirib. Prokurorun ittihamdan imtina etməsi səbəbindən cinayət işinə xitam verilib. S.Kərimov barəsində 33 il əvvəl seçilmiş qiyabi həbs qərarı ləğv edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şou-biznesdə toy ab-havası: Məşhurlar ailə qurur - FOTO

Şou-biznesdə toy ab-havası: Məşhurlar ailə qurur - FOTO

Viktor But: ABŞ həbsxanasında məni "Silah baronu" filminin qəhrəmanı ilə eyniləşdirirdilər

Viktor But: ABŞ həbsxanasında məni "Silah baronu" filminin qəhrəmanı ilə eyniləşdirirdilər

Lionel Messi MLS Ulduzlar Matçının heyətindən çıxarıldı

Lionel Messi MLS Ulduzlar Matçının heyətindən çıxarıldı

SEPAH: İsrail yeni müharibəyə başlasa, nəticələrini yaxşı bilir - VİDEO

SEPAH: İsrail yeni müharibəyə başlasa, nəticələrini yaxşı bilir - VİDEO

Fransa ABŞ-ı Şimali Koreya və Rusiya ilə eyni sıraya qoydu - FOTO

Fransa ABŞ-ı Şimali Koreya və Rusiya ilə eyni sıraya qoydu - FOTO

Qadın deyindi, tobot-tozsoran "intihar etdi" - ANBAAN VİDEO

Qadın deyindi, tobot-tozsoran "intihar etdi" - ANBAAN VİDEO

Küveyt İrana qarşı zərbələrdə iştirak etməsi barədə iddiaları təkzib etdi

Küveyt İrana qarşı zərbələrdə iştirak etməsi barədə iddiaları təkzib etdi

Şəkidə avtomobilin vurduğu piyadalardan biri öldü

Şəkidə avtomobilin vurduğu piyadalardan biri öldü

İranın nəzarətində olan şəbəkə gizli agentləri qayıqlarla Böyük Britaniyaya daşıyır

İranın nəzarətində olan şəbəkə gizli agentləri qayıqlarla Böyük Britaniyaya daşıyır

Milyarder Niderlanda qarşı beynəlxalq arbitraj iddiası qaldırdı

Milyarder Niderlanda qarşı beynəlxalq arbitraj iddiası qaldırdı

Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə BAŞI BƏLADA

Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə BAŞI BƏLADA

Vens: “Vaşinqton və Tehran arasında münaqişə yenidən kəskinləşə bilər”

Vens: “Vaşinqton və Tehran arasında münaqişə yenidən kəskinləşə bilər”

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri - VİDEO

İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri - VİDEO

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

“Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir” - Sibiqa

“Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir” - Sibiqa

Nyu-Yorkda atışma - 1 ölü, 2 yaralı var

Nyu-Yorkda atışma - 1 ölü, 2 yaralı var

Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var - FOTO

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var - FOTO

ABŞ–İran müharibəsi aylarla davam edə bilər

ABŞ–İran müharibəsi aylarla davam edə bilər

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Günayın Misir tətili - Fotolar

Günayın Misir tətili - Fotolar

End of content

No more pages to load

RADİO