Ekspertdən XƏBƏRDARLIQ! Broyler toyuqlarına vurulan bu antibiotiklər təhlükəlidir

Broyler toyuqları dünyanın ən çox istehlak edilən ət növlərindən biridir. Sürətli böyüməsi və yüksək məhsuldarlığı sayəsində geniş yayılıb. Lakin son dövrlərdə broyler toyuqlarının böyüməsini sürətləndirmək üçün hormonlarla və antibiotiklərlə qidalandırılması narahatlıq doğurur. Əslində bir çox ölkədə, eləcə də Azərbaycanda quşçuluqda hormon istifadəsi qadağandır.

Lakin xəstəliklərin qarşısını almaq üçün antibiotiklərdən istifadə edildiyi bildirilir.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, əksər ekspertlərə görə antibiotiklərin qalıqları ətdə qalarsa, bu, insan sağlamlığı üçün təhlükəli ola bilər. Bəs broyler toyuqları alan zaman nələrə diqqət edilməlidir? Nə zaman təhlükəli sayılır?

Qida mütəxəssisi Yusif Həkim də qeyd edir ki, broyler toyuq ətinin və yumurtalarının antibiotiklərlə böyüdülməsi 2006-cı ildən qadağan edilib:

"Lakin digər antibiotiklərin tələb edilən norma daxilində yalnız müalicə üçün istifadəsi icazəlidir. Ölkəmizdə də toyuq ətində və yumurtada qala biləcək antibiotiklərin norması üçün normativ hüquqi akt mövcuddur. Belə ki, AQTA Kollegiyasının 18 dekabr 2020-ci il tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş "Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları" vardır.

Bu qaydaların hazırlanmasında Kodeks Alimentarius Komissiyasının CX/MRL 2-2018 saylı “Qida məhsullarında baytarlıq preparatları qalığı üçün maksimum qalıq hədləri və risk idarəedilməsi üzrə tövsiyələr”i , həmçinin “Heyvan mənşəli qida məhsullarında farmakoloji aktiv maddələrin təsnifatı və yolverilən maksimum qalıq miqdarı”na dair 37/2010/EEC Avropa Birliyinin Komissiya reqlamentinin tələblərinə istinad olunub.

Təəssüf ki, bəzi toyuq əti və ərzaqlıq yumurta istehsalçıları antibiotiklərin istifadəsinə səhlənkar yanaşırlar. Bu həm yem istehsalında, həm də sahədə terapevtik istifadə zamanı baş verir. Hər bir farmakoloji aktiv maddənin bədəndən çıxma müddəti var. Buna "withdrawal period" deyilir. Bu perioda riayət etmək icbaridir. Lakin bəzi iqtisadi faktorlara görə istehsalçılar bu perioda riayət etmək istəmirlər".

Ekspert əlavə edib ki, toyuq ətində və yumurtada qala biləcək antibiotik qalıqlarının bir çox zərərləri ola bilər.

Birinci orqanizmdə antibiotik dirəncinin yaranması. Ətdən və yumurtadan bədənimizə daxil olan antibiotiklər depolanır və onlarda dözümlülük yaranır. Beləliklə gələcəkdə hər hansı xəstəlik səbəbindən qəbul etdiyimiz antibiotiklərin bizə heç bir təsiri olmayacaqdır.

Eləcə də, antibiotiklər normal bağırsaq floramızı məhv etdiyi üçün həzm sistemimizdə ciddi problemlər yaşanır.

Bəzən toyuq əti və yumurta yeyərkən bağırsağımızda "ağırlıq" hiss edirik. Bu allergik reaksiya da ola bilər. Yəni ola bilər ki, bədənimizin hər hansı antibiotikə qarşı allergiyası var və o maddə ət və ya yumurta vasitəsilə bədənimizə daxil olduqda bağırsaqlarımız allergik reaksiya verir.

Yumurta dünyada qəbul edilmiş 14 allergendən biridir. Bu məhsula qarşı olan allergiya ilə yumurtada qala biləcək antibiotik qalıntısının verəcəyi allergik reaksiya fərqlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kredit borcunu ödəməyənlərə XƏBƏRDARLIQ

Kredit borcunu ödəməyənlərə XƏBƏRDARLIQ

Rusiya Ukraynanın bu ərazilərinə zərbə endirdi: Ölən və yaralananlar var – FOTO

Rusiya Ukraynanın bu ərazilərinə zərbə endirdi: Ölən və yaralananlar var – FOTO

Bakıda avtobusların istiqaməti DƏYİŞDİRİLƏCƏK

Bakıda avtobusların istiqaməti DƏYİŞDİRİLƏCƏK

Britni Spirs 12 ay şərti cəzaya məhkum edildi

Britni Spirs 12 ay şərti cəzaya məhkum edildi

Cey Qorter “Qarabağ”ın transfer HƏDƏFİNDƏ

Cey Qorter “Qarabağ”ın transfer HƏDƏFİNDƏ

Ciorcia Melonidən Azərbaycana səfəri ilə bağlı paylaşım - VİDEO

Ciorcia Melonidən Azərbaycana səfəri ilə bağlı paylaşım - VİDEO

"Qarpız" yükündə narkotik vasitə TAPILDI – FOTO

"Qarpız" yükündə narkotik vasitə TAPILDI – FOTO

WUF13 tədbiri üçün yaşıl nəqliyyat zolaqları çəkilib

WUF13 tədbiri üçün yaşıl nəqliyyat zolaqları çəkilib

Bu sürücülərin "prava"sı əlindən alınacaq

Bu sürücülərin "prava"sı əlindən alınacaq

WUF13: Qonaqlar 24 saat ərzində avtobuslarla məkanlara daşınacaq

WUF13: Qonaqlar 24 saat ərzində avtobuslarla məkanlara daşınacaq

Nəsrindən toydan sonra ilk açıqlama – VİDEO

Nəsrindən toydan sonra ilk açıqlama – VİDEO

Valideynlərin DİQQƏTİNƏ: I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri yaradıldı

Valideynlərin DİQQƏTİNƏ: I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri yaradıldı

Yüksək vəzifəyə təyin olunan Nərgiz Şərifova kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Nərgiz Şərifova kimdir? – DOSYE

Final oyununun biletləri satışa çıxarıldı

Final oyununun biletləri satışa çıxarıldı

Onlayn bilet satışında YENİLİK

Onlayn bilet satışında YENİLİK

Nərgiz Şərifova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Nərgiz Şərifova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Enerji təhlükəsizliyindən STRATEJİ TƏRƏFDAŞLIĞA – Azərbaycan-İtaliya münasibətlərinin İNKİŞAF PERSPEKTİVLƏRİ

Enerji təhlükəsizliyindən STRATEJİ TƏRƏFDAŞLIĞA – Azərbaycan-İtaliya münasibətlərinin İNKİŞAF PERSPEKTİVLƏRİ

Azərbaycanda futbol oyununda ölən 20 yaşlı tələbənin FOTOSU

Azərbaycanda futbol oyununda ölən 20 yaşlı tələbənin FOTOSU

Qızıl 20 dollar bahalaşdı

Qızıl 20 dollar bahalaşdı

Tramp zarafat etdi: “Vəzifədən 8-9 ildən sonra gedəcəm” – VİDEO

Tramp zarafat etdi: “Vəzifədən 8-9 ildən sonra gedəcəm” – VİDEO

Nazir onu rəis təyin etdi

Nazir onu rəis təyin etdi

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fitso Zelenskiyə söz VERDİ: Moskvada Qələbə paradında iştirak etməyəcəyəm - FOTO

Fitso Zelenskiyə söz VERDİ: Moskvada Qələbə paradında iştirak etməyəcəyəm - FOTO

Rusiya MN: Gecə ərzində 289 Ukrayna dronu vurulub

Rusiya MN: Gecə ərzində 289 Ukrayna dronu vurulub

End of content

No more pages to load

RADİO