“Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir”.
Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvərlər nazirinin müavini Umayra Tağıyeva deyib.
“Hər il olduğu kimi fevral ayı ərzində də soyuq dövrlər istisna edilmir və əhaliyə bu barədə 3-4 gün öncədən xəbərdarlıqlar təqdim olunur. Fevralın 5-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, yağıntılı olacağı proqnozlaşdırılır. Müxtəlif hava saytları mövcuddur və bəzi hallarda orada təqdim olunan məlumat, rəsmi orqanın məlumatından fərqli olur. Buna görə daha dəqiq məlumatları meteo.az mobil tətbiqindən əldə etmək mümkündür" – deyə U.Tağıyeva qeyd edib.
Bizim.Media