Saxlanıldığı iddia edilən Rəhman Şahhüseynli: “Haqqımda qərəzli informasiyanı bəzi icra məmurları və qohumlarım yayır”

Ölkə mətbuatında Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynlinin saxlanılması ilə bağlı xəbərlər yayılıb. Sabiq birinci katibin xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilindiyi iddia olunub. 

Sözügedən iddialarla bağlı Bizim.Media Rəhman Şahhüseynli ilə əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynli: “Keçmiş qohumlar işimi hədəf alırdılar”


O bildirib ki, bütün bu baş verənlər, illərdir onunla yaşayan və ciddi səbəblərdən dolayı qarşı tərəfə getməkdən qətiyyətlə imtina edən övladıma görədir:

“Məsələnin mahiyyəti ailə-məişət və uşaq mövzusu olduğu üçün detallara girmək istəmirəm. Media nümayəndələrini də bu tip xəbərlərə həssas yanaşmağa, paylaşmamağa çağırıram. Qısaca deyim ki, keçmiş qohumlarım müxtəlif yollarla mənə təzyiq edərək, hazırda davam edən məhkəmələrdə üstünlük əldə etmək istəyirlər. Vaxtilə uşağa qarşı qanunsuz və amansız əməllər törətmiş Sumqayıt İcra idarəsinin bəzi məmurları da keçmiş qohumlarımla eyni cəbhədə mənə qarşı “vuruşduqlarına” görə məsələ çox eybəcər forma almaqdadır.

Şikayətim əsasında həmin məmurlardan bəziləri artıq işdən uzaqlaşdırılmış, bəziləri tənbeh olunmuşdur. Səlahiyyətindən sui-istifadə edərək, qisas zəminində mənə və uşağa qarşı qərəzli və qanunsuz əməllər törədən icra məmurları ilə bağlı 10 gün əvvəl ədliyyə nazirinin müavini cənab Mübariz Əhmədovun vətəndaş qəbulunda olaraq, məsələni çılpaqlığı ilə sənəd və sübutlara diqqətə çatdırmışam. Mənə verilən məlumata görə, həmin məmurlar barəsində xidməti araşdırma başlanıb.

Bu tip xəbərlərin hansı məkrli niyyətlə və kimlər tərəfindən mediaya sızdırıldığını təxmin etmək üçün fəlsəfə-doktoru dərəcəsinə ehtiyac yoxdur.

Bu qədərini də media nümayəndələrinə buraxıram. Hər şey balalar üçün! Allah bütün balaları qorusun!”

Xatırladaq ki, bir müddət əvvəl yerli mətbuatda Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov və yaxın dostu, ikinci katib Qafqaz Aslansoyun səfirlikdə birinci katib olmuş Rəhman Şahhüseynlini döyüdüklərinə dair iddialar yayılmışdı. Lakin Rəhman Şahhüseynli bu iddiaları təkzib etmişdi.

Qeyd edək ki, Rəhman Şahhüseynli 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buxarest Rusiyaya etiraz notası göndərəcək

Buxarest Rusiyaya etiraz notası göndərəcək

Rusiya 500 tonluq pilotsuz gəmi yaratdı - Baş komandan

Rusiya 500 tonluq pilotsuz gəmi yaratdı - Baş komandan

Maurinyo Vinisiusun “Real”dan ayrılmasını istəmir

Maurinyo Vinisiusun “Real”dan ayrılmasını istəmir

İran Körfəz ölkələrinə zərbələri dayandırdı

İran Körfəz ölkələrinə zərbələri dayandırdı

Orban: “25 ildən sonra Avropa İttifaqı yox olacaq”

Orban: “25 ildən sonra Avropa İttifaqı yox olacaq”

Rusiya Panama vətəndaşlarını müharibəyə cəlb edir - RƏSMİ AÇIQLAMA - FOTO

Rusiya Panama vətəndaşlarını müharibəyə cəlb edir - RƏSMİ AÇIQLAMA - FOTO

Məşhur qapıçı karyerasını bitirdi

Məşhur qapıçı karyerasını bitirdi

Börnem Trampla qarşıdurmaya hazır olduğunu açıqladı - VİDEO

Börnem Trampla qarşıdurmaya hazır olduğunu açıqladı - VİDEO

Şəki qəzasında yaralanan şəxsin son vəziyyəti AÇIQLANDI

Şəki qəzasında yaralanan şəxsin son vəziyyəti AÇIQLANDI

SEPAH Hörmüz boğazından keçən ticarət gəmilərinə atəşi açdı

SEPAH Hörmüz boğazından keçən ticarət gəmilərinə atəşi açdı

Braziliya ABŞ nümayəndə heyətinin səfərini ləğv etdi

Braziliya ABŞ nümayəndə heyətinin səfərini ləğv etdi

Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı - VİDEO

Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı - VİDEO

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

Husilər Səudiyyə Ərəbistanının PUA-sını vurub?

Husilər Səudiyyə Ərəbistanının PUA-sını vurub?

“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

“Sabah”ın rəqibi qələbə qazandı

“Sabah”ın rəqibi qələbə qazandı

Türkiyə İspaniyaya 2 təyyarə göndərdi

Türkiyə İspaniyaya 2 təyyarə göndərdi

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO

“Qəbələ” legionerini 250 minə satdı

“Qəbələ” legionerini 250 minə satdı

Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir

Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir

Qəbələdə obyektin ərazisində yanğın oldu

Qəbələdə obyektin ərazisində yanğın oldu

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

End of content

No more pages to load

RADİO