Qıza görə həmkəndlisini öldürən hərbçiyə HÖKM OXUNDU

Ötən ilin yayında Nərimanovda “Metro Park”ın qarşısında baş verən silahlı insidentin məhkəmə araşdırması başa çatıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm elan edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakının mərkəzində başından güllələnən Tural niyə qətlə yetirilib? - VİDEO


Belə ki, qazaxlı həmkəndlilərin Bakıdakı davası birinin ölümü ilə nəticələnib. 

Hadisə 2024-cü il iyunun 26-sı axşam saatlarında baş verib. 24 yaşlı Tural Kosayev və əvvəldən tanıdığı 21 yaşlı İsmayıl Allahverdiyev ayrı-ayrı avtomobillərlə hadisə yerində olublar. Həmin vaxt Tural xanımla olub. Cinayət də onun gözləri qarşısında baş verib. 

Həmkəndlilər arasındakı sözlü mübahisə yavaş-yavaş daha da qızışıb. Tural getmək istəyərkən İsmayıl belindəki silahı çıxarıb onu güllələyib. Ağır yaralanmış gənc elə yerindəcə ölüb. 

Xüsusi amansızlıqla törədilən cinayətə görə İsmayıl həbs edilib. İfadəsindən onun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olduğu məlum olub. Elə bu səbəbdən onun işinə hərbi məhkəmədə baxılıb. 

Prokuror təqsirləndirilən şəxsin 18 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Qətlə yetirilən şəxsin yaxınları isə 18 il yarımla razılaşmır, ömürlük azadlıqdan məhrum etmə istəyirlər. 

“Bu adam ictimai-təhlükəli üsulla cinayət törədib. Təqsirləndirilən üzr istəməsini tələb edib, zərərçəkmiş də qəbul etməyib. Buna görə adam öldürürlər? Heç kim deyə bilməz ki, bu adam azadlığa çıxandan sonra cinayət törətməyəcək. Ona görə ömürlük həbs istəyirik”, - zərərçəkmiş tərəfin vəkili Ceyhun Məmmədov deyib. 

Müttəhim son sözündə əməlindən peşmanlığını dilə gətirib:

“İstəməzdim belə olsun. Əgər Turalı öldürmək istəsəydim, elə bunu təklikdə edərdim. Çünki hadisədən bir az əvvəl birlikdə kafedə oturmuşduq. Yeganə səbəb məni təhqir etməsidir. Son olaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edirəm”. 

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər dəlil və sübutları araşdırdıqdan, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamların əsaslı olduğunu təsdiq ediblər. Hökmə əsasən, İsmayıl Allahverdiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 17 il azadlıqdan məhrum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buxarest Rusiyaya etiraz notası göndərəcək

Buxarest Rusiyaya etiraz notası göndərəcək

Rusiya 500 tonluq pilotsuz gəmi yaratdı - Baş komandan

Rusiya 500 tonluq pilotsuz gəmi yaratdı - Baş komandan

Maurinyo Vinisiusun “Real”dan ayrılmasını istəmir

Maurinyo Vinisiusun “Real”dan ayrılmasını istəmir

İran Körfəz ölkələrinə zərbələri dayandırdı

İran Körfəz ölkələrinə zərbələri dayandırdı

Orban: “25 ildən sonra Avropa İttifaqı yox olacaq”

Orban: “25 ildən sonra Avropa İttifaqı yox olacaq”

Rusiya Panama vətəndaşlarını müharibəyə cəlb edir - RƏSMİ AÇIQLAMA - FOTO

Rusiya Panama vətəndaşlarını müharibəyə cəlb edir - RƏSMİ AÇIQLAMA - FOTO

Məşhur qapıçı karyerasını bitirdi

Məşhur qapıçı karyerasını bitirdi

Börnem Trampla qarşıdurmaya hazır olduğunu açıqladı - VİDEO

Börnem Trampla qarşıdurmaya hazır olduğunu açıqladı - VİDEO

Şəki qəzasında yaralanan şəxsin son vəziyyəti AÇIQLANDI

Şəki qəzasında yaralanan şəxsin son vəziyyəti AÇIQLANDI

SEPAH Hörmüz boğazından keçən ticarət gəmilərinə atəşi açdı

SEPAH Hörmüz boğazından keçən ticarət gəmilərinə atəşi açdı

Braziliya ABŞ nümayəndə heyətinin səfərini ləğv etdi

Braziliya ABŞ nümayəndə heyətinin səfərini ləğv etdi

Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı - VİDEO

Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı - VİDEO

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

Husilər Səudiyyə Ərəbistanının PUA-sını vurub?

Husilər Səudiyyə Ərəbistanının PUA-sını vurub?

“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

“Sabah”ın rəqibi qələbə qazandı

“Sabah”ın rəqibi qələbə qazandı

Türkiyə İspaniyaya 2 təyyarə göndərdi

Türkiyə İspaniyaya 2 təyyarə göndərdi

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO

“Qəbələ” legionerini 250 minə satdı

“Qəbələ” legionerini 250 minə satdı

Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir

Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir

Qəbələdə obyektin ərazisində yanğın oldu

Qəbələdə obyektin ərazisində yanğın oldu

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

End of content

No more pages to load

RADİO