Yunis Səfərovun anası Leyla Səfərova ilə bağlı maraqlı MƏLUMATLAR...

Toğrul Allahverdili: “Leyla Səfərova həyatını elmə həsr edən, kitab müəllifi və məktəbdə Azərbaycan dilindən dərs deyən bir xanımdır”

Moderator.az xəbər verir ki, "Yeni Müsavat" qəzetinin Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayımın bugünkü qonağı Azərbaycan-Türkiyə Evinin icraçı direktoru, diaspora.az və interpress.az saytlarının baş redaktoru Toğrul Allahverdili olub.

Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun ailəsini yaxından tanıyan, onlarla bağlı bilgiləri ilk dəfə mediada, sosial şəbəkədə yayan T.Allahverdilixa0 söhbət zamanı bu məlumatları bölüşüb.

T.Allahverdili Y.Səfərovu şəxsən tanımadığını desə də, Moskvada keçirilən hansısa tədbirlərdə onunla qarşılaşma ehtimalını da istisna etmədi.

Müsahibimiz Y.Səfərovun anası Leyla Səfərovanı tanığı üçün onu xarakterizə edib: “Mən onu bir vətənpərvər azərbaycanlı kimi tanıyıram. Azərbaycan mədəniyyətini, dilini təbliğ edən bir xanım olub. O xanım Moskvada yeganə azərbaycandilli məktəb olan 157 saylı məktəbdə 3-4 il öncəyə qədər kitabxanaçı işləyib. Ondan sonra məktəbin fəaliyyəti dayandırıldı, başqa bir rus məktəbinə birləşdirildi. Biz onu ordan tanıyırdıq. Heç bir ana istəməz ki, oğlu cinayətkar olsun. O qadın dünyəvi görüşlü xanımdır, həyatını elmə həsr edib. “Rus dili-Azərbaycan dili” adlı bir dərsliyi də çap edilib. Kitabının təqdimatı da keçirdilib. Özü Azərbaycan dili müəlliməsi olub. Eyni zamanda kitabxananın müdiri kimi də çalışıb”.

T.Allahverdili bu mövzu ilə bağlı açıqlama verməsini, Y.Səfərovun anasına aid doğum şəhadətnaməsinin şəklini yaymasını da əsaslandırıb. Deyib ki, ilk gündən bu mövzuya müdaxilə etmək istəməsə də, Y.Səfərovun anasının erməni olması barədə yayılan yalan məlumatları təkzib etməyi özünə borc bilib:

xa0“Heç bir ana övladının qətl törətməsini istəməz. Heç kəs də bundan sığortalanmayıb. Amma kiminsə övladı bir cinayət törədibsə, onu dərhal ermənilərlə bağlamaq, onu erməni kimi qələmə vermək haqsızlıqdır, ədalətsizlikdir”.

09dc9e5f-f03f-4fe8-aa4c-ea2a75c186f3.jpg
T.Allahverdili deyib ki, Leyla Səfərovanın iki övladı var: oğlu Yunis və qızı...xa0

Müsahib deyib ki, hazırda qızı Avropa ölkələrindən birində yaşayır:xa0

“7-8 ildir ki, qızı xaricdədir. Yunis Səfərov diaspor tədbirlərində aktiv fəaliyyətdə olub. Yunisi də orda yaşayan azərbaycanlılar sakit təbiətli biri kimi xarakterizə edirlər. Yunis də Kərim Kərimov adına 157 saylı məktəbdə oxuyub. Hətta həmin məktəbdə tarix fənnindən dərs deyib. Rusiyada isə İncəsənət Universitetini bitirib”.

Müsahib eyni zamanda deyib ki, son 2 il ərzində Y.Səfərovun Rusiyada görünməməsi ilə bağlı Rusiyada yaşayan azərbaycanlılar məlumat veriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

End of content

No more pages to load

RADİO