30 noyabr tarixində İOEUG Gimnastika Məktəbinin bədii gimnastika bölməsinin valideynləri ilə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüşdə, valideynlərin fikirləri öyrənilib, yeni layihələr, növbəti olimpiya dövrü, məktəbin yeni qaydaları haqqında valideynlərə məlumat verilib.
Görüşdə Məktəbin direktoru Xaqani Fərəcov, baş təlimatçı-metodist Nazim Babayev, bədii gimnastika bölməsinin baş məşqçi-müəllimi Sabina Qaratova, bölmənin məşqçiləri və metodistlər iştirak ediblər.

Bizim.Media