Azərbaycanda yazıçı çörək bişirir - PEŞƏSİNİ DƏYİŞİB

Yazıçı, tərcüməçi Nadir Qocabəyli peşəsini dəyişib.

Bizim.Media medianews.az-a istinadən xəbər verir ki, bu barədə yazıçının özü məlumat yayıb.

Bildirib ki, bir ildən çoxdur işsiz olduğuna, tərcüməçilik, yazıçılıq və ictimai fəaliyyətin ona gəlir gətirmədiyinə görə, peşəsini dəyişmək qərarı verib.

Onun sözlərinə görə, bu məqsədlə həyətində öz gücünə və təkbaşına “Pompey sobası” (Kürə) tikib, çörək bişirib satmağa başlayıb:

“Materiala çox pul xərcləmədim, zatən yoxdur və əsasən tullantı kərpiclərdən, həyətimdə çoxdan qalan qumdan, neçə il ərzində topladığım şüşə butulkalardan, çöldən daşıyıb gətirdiyim gildən və sairədən istifadə etdim. Bununla belə, pula yenə ehtiyac oldu. Çünki kürə üçün lazım olan odadavamlı daşlar çox bahadır. Eyni zamanda, sementi və digər bəzi materialları da almalı oldum. Bunun üçün yaxın qohumlardan borc istəməli, nişan üzüyümüzü və yoldaşımın son qızıl üzük-sırğasını girov qoyaraq bir qədər pul götürdüm. Nəticədə həm həyətimdə dar ayaqda ac qalmamaq üçün çörək bişirə biləcəyim bir kürəm oldu, həm də iki yeni peşə qazandım. Hazırda həm kürəçiyəm, yəni kürə usatası, həm də çörəkçi. Çünki təxminən 15 gündür çörək də bişirirəm. Kim istəsə, onun üçün də kürə tikə və çörək bişirə bilərəm”.

N.Qocabəyli deyib ki, çörəyi öz ailəsi üçün bişirir, lakin qonşuların xahişi ilə onlara da satır:

“Günə 10 çörək satanda sevinirik. Bu isə cəmi 5 manat deməkdir. Onun yarısını xərclərə çıxanda yerdə 2 manat 50 qəpik qalır. Dolayısı ilə, xanımımla iki nəfərə gündə hərəmiz 1 manat qazanır, eyni zamanda öz çörəyimizi çıxarırıq. Bununla belə, ruhdan düşmür, bu biznesi böyütməyin xəyallarını qururuq.

Düşünürük ki, təkcə çörək yox, peraşki, simit, xaçapuri, bulka və müxtəlif şirniyyatlar da bişirib sata bilərik. Ancaq bunun üçün gərək kürənin üstünü örtəm, ətrafında bir dükan qaraldam, iri pəncərələr qoyduram, reklam lövhələri asam ki, yoldan keçən maşınları da cəlb edə bilək.

Çünki təkcə qonşulara ümid etməklə heç odunun və ya qazın pulunu çatdırmaq olmaz.

Qonşular kasıb olduqları üçün daha ucuz qidalanmağa üstünlük verir, daha çox zavod çörəyi alır, digər məmulatlara pul xərcləyəcəkləri böyük sual altındadır. Bu gün uşaqların xahişi ilə kürədə pizza bişirdik. Əvvəllər duxovkada bişirdiyimizdən qat-qat ləzzətli və nəfis alındı.

Bu təcrübəni də davam etdirmək istəyirik, ancaq dediyim kimi, gərək dükan olsun. Çatdırma təşkil edək. Yeri gəlmişkən xeyli araşdırma aparsam da, Bakıda pizza qutuları tapmaq müşkülə çevrilib. Bunun üçünsə sərmayə lazımdır. Banklar rəsmi iş yeri və girov olmadan kredit vermir.

Borc istəyə biləcəyim dost-tanış, qohum əqrəba isə qalmayıb. Amma yenə də ümidliyəm. Necə deyərlər, Allaha təvəkkül”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Bakı–Qazax yolundakı avtomobil körpüsünün söküntüsünə başlanıldı - VİDEO

Bakı–Qazax yolundakı avtomobil körpüsünün söküntüsünə başlanıldı - VİDEO

Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO

Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO

Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır

Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır

Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı

Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO