BİZİM TƏQVİM: 11 yanvar tarixində baş vermiş tarixi hadisələr

1920-ci ilin bu günündə Paris Sülh Konfransının Ali Şurasında Böyük Britaniyanın Xarici İşlər naziri Lord Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstanın müstəqilliklərinin de-fakto tanınması haqqında qərar yekdilliklə qəbul olunub. Bu uğur Paris sülh konfransında iştirak edən Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin səkkiz aylıq gərgin və səmərəli diplomatik fəaliyyəti nəticəsində qazanılıb.

Bəs, 11 yanvarda daha hansı əlamətdar hadisələr baş verib?

1. 630-cu ilin bu günlərində Hz. Məhəmmədin başçılığı altında İslam Ordusu Məkkəni fəth edib. Bütpərəstlərin əlindən alınan Məkkədə İslam peyğəmbəri ümumi əfv elan edib və Kəbə bütlərdən təmizlənib.

2. 11 yanvar 1569-cu ildə tarixdə ilk dəfə olaraq İngiltərədə, Müqəddəs Pavel kilsəsində lotoreya oynanılıb. İlk lotoreyanın uduş fondu 5 min (hazırkı məzənnə ilə 850 min) funt sterlinq dəyərində idi.

3. 11 yanvar 1919-cu ildə Rumıniya Transilvaniyanı tutub.

4. 11 yanvar 1922-ci ildə ilk dəfə olaraq diabet xəstələrini müalicə etmək üçün insulindən istifadə edilib.

5. 1935-ci ilin bu günündə Ameliya Erhart Havay adalarından Kaliforniyaya uçuş həyata keçirib.

6. 1942-ci ilin bu günündə İkinci Dünya Müharibəsi çərçivəsində Yaponiya Kuala-Lumpuru ələ keçirib.

7. Albaniya 1946-cı il 11 yanvarda özünü xalq respublikası elan etdi. Qeyd edək ki, Balkan yarımadasının qərbində yerləşən bu ölkə 1912-ci ildə müstəqillik qazanıb.

8. 1962-ci ilin 11 yanvarında Peru təbii fəlakətlə sarsıldı: ölkənin ən yüksək dağı olan Nevada Huaskaran vulkanı aktivləşdi. Vulkanın həm partlaması və həm də eyni gündə yaratdığı torpaq sürüşmələri nəticəsində minlərlə adam həyatını itirdi.

9. 11 yanvar 1972-ci ildə Şərqi Pakistanın adı dəyişdirilərək Banqladeş adlandırılıb.

10.  Dünyaşöhrətli məşhur estrada müğənnisi Maykl Cekson (Michael Jackson) "Thriller" albomuyla 1984-cü ilin 11 yanvarında 8 “Grammy” mükafatı qazandı.

11 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Alman əsilli görkəmli rus bəstəkarı, SSRİ və Azərbaycanın Xalq artisti Reynqold Qliyer 1875-ci ilin bu günü Ukraynanın paytaxtı Kiyevdə anadan olub. Reynqold Qliyer 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının dəvətilə Bakıya gəlib, Azərbaycan musiqi folkloru və xalq arasında geniş yayılmış “Aşıq Qərib” dastanı əsasında “Şahsənəm” operasını yazıb (1875-1956).

2. Tanınmış teatr və kino rejissoru Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərində anadan olub.

3. Azərbaycanın əməkdar məşqçisi Faiq Qarayev 1969-cu ilin məhz bu günü anadan olub. Azərbaycanda valeybolun inkişafında böyük xidmətləri olan Faiq Qarayev milli komandanın baş məşqçisidir.

4. 11 yanvar 1970-ci ildə Türkiyəli müğənni Mustafa Sandal dünyaya göz açıb.

5.  Azərbaycanlı şahmatçı Vüqar Həşimov 2014-cü ilin bu günü dünyasını dəyişib. 2009-cu ildə məhz qrossmeyster Vüqar Həşimov Azərbaycan Şahmat yığmasını Avropa çempionu etmişdi.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı

Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı

30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO

Mənzilləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Bu qədər kompensasiya verilə bilər...

Mənzilləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Bu qədər kompensasiya verilə bilər...

İsrail Livanı vurdu, ABŞ yeni əməliyyata başladı... - Yaxın Şərqdə BAŞ VERƏNLƏR

İsrail Livanı vurdu, ABŞ yeni əməliyyata başladı... - Yaxın Şərqdə BAŞ VERƏNLƏR

“Navai”nin “Ferrari” ilə düşdüyü qəzanın ANBAAN VİDEOSU

“Navai”nin “Ferrari” ilə düşdüyü qəzanın ANBAAN VİDEOSU

Cənubi Koreyada 80 yaşlı kişi “ən yaxşı yatan” titulunu qazandı

Cənubi Koreyada 80 yaşlı kişi “ən yaxşı yatan” titulunu qazandı

Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

"Bitcoin"in qiyməti 82 min dollara yaxınlaşır

"Bitcoin"in qiyməti 82 min dollara yaxınlaşır

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çempionlar Liqasında ilk finalçı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında ilk finalçı BƏLLİ OLDU – VİDEO

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

İstifadəsiz torpaqlarla bağlı YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

İstifadəsiz torpaqlarla bağlı YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

BİZİM TƏQVİM: Mayın 6-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Mayın 6-da baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO