Bakıda qadın bud əməliyyatına girdi, burnunu KƏSDİLƏR

2019-cu ildə ATV kanalında yayımlanan "Bizimlə dəyiş: 10 yaş gəncləş" proqramına qatılmaq üçün orada göstərilən nömrə ilə əlaqə saxladım. Fidan adlı xanım mənə əməliyyatın cüzu ödənişlə həyata keçiriləcəyini dedi. Qəbul etdim. 2019-cu ilin 28 fevralında ilk əməliyyatım Elnur Mehrəliyev tərəfindən NB Lazur klinikasında baş tutdu. 

Bizim.Media xəbər verir ki, bunu keçirdiyi estetik əməliyyat nəticəsində sağlamlığına ziyan dəydiyini iddia edən Aynur Əkbərova jurnalist Qənirə Ataşla canlı yayımda bildirib. 

Liposaksiya və budgərmə əməliyyatı olmaq istəyən A.Əkbərova iddia edir ki, həm bədəni deformasiyaya uğrayıb, həm də burnu zədələnib: 

“Məni Ramil adlı vasitəçi fevral ayında Elnur Məhrəliyevin yanına apardı. Çəkilişlərə görə budgərmə əməliyyatı və liposaksiya olacağımı bildirdilər. Amma 28 fevral gecəsi əməliyyatdan sonra məni palatadan çıxardılar. Heç bir xəstəlik tarixçəsi təqdim edilmədən, 3 ay boyunca mütəmadi olaraq müalicə aldım. Sonradan öyrəndiyim ki, əməliyyat zamanı yanlış bud içi əməliyyatı olunmuşam. Hətta klinik ölüm keçirmişəm. Kliniki ölüm keçirərkən, Elnur Məhrəliyevin tapşırığı ilə məndən imzalı razılıq sənədi alındı və gecə ilə xəstəxanadan uzaqlaşdırıldım.

Səhəri gün bu hadisəni Ramil adlı şəxsə bildirdim. O, mənə müalicəmi evdə davam etdirməyi məsləhət gördü, dərman və digər vasitələri alıb gətirəcəyini dedi. Mən vəziyyətin bu qədər ciddi olduğunu anlamadığım üçün əhəmiyyət vermədim. 3 ay sonra karset çıxarılanda gördüm ki, bədənim tamamilə deformasiyaya uğrayıb". 

Şikayətçi bildirib ki, Ramil adlı dəllal təhsilsiz həkimlərə pasiyent tapan, pasiyentlərlə həkimləri əlaqələndirən vasitəçidir: 

"Bu şəxslər telekanallarda yayımlanan proqramlar vasitəsilə reklam edilir və pulla müştəri cəlb olunur. Belə proqramlar bu gün də davam edir. Məsələn, bəzi klinikalarda, istər plastik cərrahiyyə, istər ginekoloji, istərsə də süni mayalanma sahəsində, pasiyentlərdən telefonlar alınır və onların məlumatları gizli saxlanılır. Bu məsələni araşdırsanız, belə halların çox olduğunu görərsiniz". 

A.Əkbərova bildirib ki, Elnur Mehrəliyev tərəfindən həyata keçirilən birinci uğursuz əməliyyatla bağlı şikayət etməməsi üçün məsələnin həllini başqa cür təklif edibər.

Belə ki, zərərçəkən E.Mehrəliyevin yaratdığı fəsadları aradan qaldırmaq üçün "Şəfqət" klinikasında Abbas İmanovun yanına gedib: 

"Əslində, bu seçimi də mən etməmişdim. Ramin adlı makler aparmışdı. Budgərmə əməliyyatına girdiyim halda, narkozdan ayılanda gördüm ki, əllərim bağlıdır. Həkimlər məni sakitləşdirirdilər: "Əlləriniz bağlıdır, burnunuzda əməliyyat aparılıb". Burun əməliyyatı? Heç deyən olmadı ki, bu xanımın burnunda problem varmı? Plastik əməliyyata ehtiyac varmı? Sonra Abbas həkimə sual verdim: "Mənim burnumda problem varmı?" O isə irişərək cavab verdi ki, "yox". 

Beləliklə, Elnur Mehrəliyev məni klinik ölümə məruz qoyaraq əməliyyatı yarımçıq saxladı. Daha sonra "Şəfqət" klinikasına, Abbas həkimin yanına apardılar. O da mənim budumu yox, özümdən xəbərsiz burnumu əməliyyat etdi. Bəli, bu hadisə baş verdi. Bunlar hələ budla burnu bir-birindən ayırd edə bilmir”. 

Şikayətçinin sözlərinə görə, 2020-ci ildə Abbas həkimin "Şəfqət" klinikasından xaric olunduğu deyilsə də, əslində o, orada işini davam etdirir: 

"Təxminən 3 ay əvvəl bir televiziya çəkilişi əsasında biz zəng vurduğumuzda məlum oldu ki, Abbas həkim "Şəfqət" klinikasında əməliyyatlar aparır. Klinikanın baş həkimi Fikrət Baxşəliyev deyir ki, biz o cərrahiyyə otaqlarını icarəyə veririk. Bəli, Abbas kimi budla burnu səhv salan həkimlərə əməliyyat otaqları icarəyə verilir .Əməliyyat otağında baş verənlər klinika rəhbərlərini maraqlandırmır.

Mən tələb edirəm ki, Ramil adlı dəllalın qarşısı alınsın. Ramil, Abbas, Elnur tapılsın. Hamısı yerindədir. Çanaqla burnu səhv salan həkimin də adının saxta sertifikatla işləyən həkimlərin cərgəsində qeyd edilməsini çox istəyirəm. Hazırda "Şəfqət" klinikasında Fikrət Baxşəliyevin nəzarətində olan Abbas Tofiq oğlu İmanov kimi həkimlər budla burunun yerini bilmir”. 
 

Qeyd edək ki, pasiyentin ikinci dəfə əməliyyat olunduğu "Şəfqət" klinikası Sumqayıtda yerləşir. Klinikadan bildirdilər ki, cərrah Abbas İmanov başqa klinikada işləyir, nadir halllarda, əməliyyatı olduqda "Şəfqət" klinikasına gəlir. Beləliklə, aydın oldu ki, cərrah orada əməliyyatxananı icarəyə götürüb xəstələri əməliyyat edir. A.İmanovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi. 


Pasiyentə ilk əməliyyatı edən Elnur Mehralı isə laporoskopik estetik cərrah kimi fəaliyyət göstərir. O, ATU-nun Müalicə işi fakültəsini bitirib. Sonra 2 il Xarkov Tibb Akademiyasında staj keçib. (Mənbə "Bakupost.az")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Putin Rusiya ordusunun sayını artırdı

Putin Rusiya ordusunun sayını artırdı

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

End of content

No more pages to load

RADİO