Velosiped sürənlər ARTIB - Nə qədər adam bu zolaqlardan istifadə edir?

Velosiped yolları nə qədər faydalı olsa da, istifadəçiləri gözə dəymir. Amma bu zolaqlardan istifadə üçün hər bir şərait yaradılıb, velosiped və skuter dayanacaqları qoyulub. Üstəlik, velosiped və skuterləri aylıq, hətta illik kirayələmək də olur. Buna baxmayaraq, Bakıda hələ də velosipeddən istifadə kütləviləşməyib.

Təbii ki, qış fəsli olması da velosiped zolaqlardan istifadəni çətinləşdirir. Amma insanların çoxu hələ də mikromobilləri seçim olaraq görmürlər, ictimai nəqliyyat və avtomobillərdən əlavə bir nəqliyyatın olduğunu qəbul edə bilmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Sağlamlığa faydalı olan velosipeddən istifadəni necə ARTIRAQ? – Maraqlı TƏKLİF


Velosiped icarə edənlərin sayı çoxalıb

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bizim.Media-ya velosiped zolaqlarından istifadənin çoxalmasından danışıb.

“Əvvələ nisbətən velosiped və skuter istifadəçiləri çoxalıb. Hazırda 35 km velosiped zolağı var, 100 km-ə çatdırılması planlaşdırılır. Bu gün istifadəçilərin statistikası var. Velosiped və skuter icarəsi üçün yaradılan tətbiq vasitəsilə qeydiyyatdan keçənlərin və mikromobil icarə edənlərin  statistikasını aparmaq mümkündür. Hər ay velosiped istifadəçilərinin, icarələrin hesabatı paylaşılır. Amma yenə də, əgər velosiped zolaqlarını artırmaq istəyiriksə, çəkilmiş zolaqlar qorunmalıdır, zəbtinin qarşısı alınmalıdır, şəbəkə daha da genişləndirilməlidir, ciddi təşviqat-təbliğat işləri aparılmalıdır”.

Nə qədər adam velosiped zolaqlarından istifadə edir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, 2024-cü ilin son 4 ayında 2.133.000 km yol velosiped və skuterlə qət olunub. 460.000 nəfər bu vasitələrdən istifadə edib. 800.000 dəfə velosiped və skuter sifarişi edilib. 103.000 nəfər proqram təminatında qeydiyyatdan keçib. Proqramda aylıq abunə haqqı 9,99 manatdan, illik isə 35,99 manatdan başlayır.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

End of content

No more pages to load

RADİO