ADY-dən sərnişindaşımada rekord GÖSTƏRİCİ – FOTO

2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən təxminən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb: 

“Belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişinə xidmət göstərməklə rekorda imza atmışdı. Ötən il xidmət həcminin artmasının əsas səbəbləri yeni alınmış qatarların xəttə buraxılması, yeni dayanacaqların istifadəyə verilməsi, bayram günləri və həftəsonları əlavə reyslərin artırılması və ümumilikdə müştəri məmnuniyyətinin yüksəlməsi ilə əlaqədar olub. Bununla yanaşı, müştərilərə xidmətlərin təqdim edilməsi və müştərilərlə əlaqələrin qurulması sahələrində sürətli rəqəmsallaşma, eləcə də qatarların daxilində, stansiya və dayanacaqlarda modernləşdirmə və təkmilləşdirmə işləri də müştəri məmnuniyyətinin yüksəlməsinə xidmət edib.


İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu qatarlar sərnişinlərin mənzil başına daha rahat və təhlükəsiz çatdırılması məqsədilə 2024-cü ildə Bakı–Ağstafa–Bakı marşrutu üzrə istifadəyə verilib. Sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında dayanacaq verilib. Bundan başqa, ADY-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.

Azərbaycanın bütün regionlarını əlçatan etməyi hədəfləyən ADY 2024-cü ildə Bakı–Balakən–Bakı istiqamətində sərnişindaşımanın bərpası üçün bütün hazırlıqlarını tamamlayıb, Yevlax–Balakən sahəsində dəmiryol infrastrukturunda təmir işləri görülüb. 2025-ci il 3 yanvar tarixindən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib. Hər iki istiqamətdə hərəkət edən qatarlar bölgənin əhalisi üçün nəqliyyat xidmətlərinin daha əlçatan olmasına, istər şimal-qərb istiqamətində yaşayan sakinlərə, istərsə də turistlərə səfərlərini rahat və təhlükəsiz planlaşdırmağa imkan verir.

Müştəri məmnuniyyətinin təmin edilməsi üçün sərnişindaşımada rəqəmsal həllərdən də geniş istifadə edilib.

Əsas yeniliklərdən biri rayonlararası (şəhərlərarası) marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyət vəsiqəsinin göstərilməsinə imkan yaradılması olub. Belə ki, hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edərək səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.


Bundan əlavə, ötən ilin sentyabr ayında Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında pulsuz “Wi-Fi” xidməti istifadəyə verilib. Sərnişin rahatlığının tam təmin edilməsi məqsədilə rayonlararası marşrutlar – Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda da pulsuz “W-Fi” xidməti aktiv edilib, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim olunub.

2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindən istifadə edənlərin sayı artaraq ötən il yüklənmə sayı 172 mini ötüb.

2024-cü ilin sentyabrdan tətbiqinə başlanılan loyallıq proqramı şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradıb. Belə ki, gedişlər üzrə 3% “cashback”, eləcə də qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanılması kimi bir sıra funksiyalar mobil tətbiqdən istifadəni populyarlaşdırıb. Həmçinin 2024-cü il 1 noyabr tarixindən rayonlararası (şəhərlərarası) marşrutlar üzrə dinamik qiymət siyasətinə keçilib.

Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana bilirlər. Müştəri məmnuniyyətinin ölçülməsi məqsədilə Abşeron dairəvi üzrə stansiyalarda QR kod sorğu stikerləri yerləşdirilib.

Bilet kassalarında yeni nəsil pos-terminalların bilet satış sisteminə inteqrasiya prosesi testi aparılıb. Azərbaycan Dəmiryol Muzeyində bilet satış sisteminin və özünəxidmət köşkünün avtomatlaşdırılması işi yekunlaşaraq Abşeron dairəvi bilet satışı sisteminə inteqrasiya edilib.


Sərnişinlərin rahat səyahəti üçün Abşeron dairəvi dəmiryol xəttində də bir sıra yeniliklər tətbiq edilib.


Bu marşrut üzrə səfər edən sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında turniketlərin sayı artırılıb, sərnişinlərin platformalara keçidi sürətlənib. Turniket sayı 28-dən 36-ya çatdırılmış Bakı Dəmiryol Vağzalında 1 dəqiqədə maksimum buraxılış gücü 750 nəfərdən 1000 nəfərə, turniket sayının 4-dən 10-a artırıldığı Koroğlu dayanacağında isə 108 nəfərdən 270 nəfərə yüksəlib.

Bütün bu addımlar sərnişindaşıma göstəricilərində yüksək artım tempinə zəmin yaradıb. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon, 2024-cü ildə isə təqribən 8,5 milyon nəfər təşkil edib. Yəni 2023-cü ildə olduğu kimi, ötən il də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8 milyondan çox sərnişin daşınıb. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib, 2023-cü ildə bu göstərici 30 min olub”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Həzi Aslanov" metro stansiyasına yaxın təmirli mənzillər ipoteka imkanı ilə satışa çıxdı! - "Highland Residence"

"Həzi Aslanov" metro stansiyasına yaxın təmirli mənzillər ipoteka imkanı ilə satışa çıxdı! - "Highland Residence"

“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

Bu da “Koroğlu”nun atı – VİDEO

Bu da “Koroğlu”nun atı – VİDEO

4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları AÇIQLANDI

4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları AÇIQLANDI

KİV: ABŞ İranla razılıq əldə etmək üzrədir - DETALLAR

KİV: ABŞ İranla razılıq əldə etmək üzrədir - DETALLAR

4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub – RƏSMİ

4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub – RƏSMİ

Naxçıvanda dövlət qurumu ləğv edildi

Naxçıvanda dövlət qurumu ləğv edildi

Simonyan Belarusla bağlı sözlərinə görə üzr istəmədi

Simonyan Belarusla bağlı sözlərinə görə üzr istəmədi

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir – SİYAHI

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir – SİYAHI

"Card to card" ödənişləri ilə bağlı XƏBƏRDARLIQ

"Card to card" ödənişləri ilə bağlı XƏBƏRDARLIQ

Suriyada özbək döyüşçülər saxlanıldı

Suriyada özbək döyüşçülər saxlanıldı

Rusiyadan SƏRT MESAJ - "Ermənistanı müstəqilliyini itirmək riski ilə üz-üzədir”

Rusiyadan SƏRT MESAJ - "Ermənistanı müstəqilliyini itirmək riski ilə üz-üzədir”

“Sabah” ardıcıl 4-cü dəfə Azərbaycan ÇEMPİONU OLDU

“Sabah” ardıcıl 4-cü dəfə Azərbaycan ÇEMPİONU OLDU

Papadan Trampın ittihamlarına CAVAB

Papadan Trampın ittihamlarına CAVAB

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Hacı Vəliyevə hökm oxundu

Hacı Vəliyevə hökm oxundu

Taleh Kazımov: “Kartdan əlavə pul çıxılmır, sistem balansın olub-olmadığını yoxlayır”

Taleh Kazımov: “Kartdan əlavə pul çıxılmır, sistem balansın olub-olmadığını yoxlayır”

Əlavə qazanc gətirir, vergidən azad edir... – Hər ay 100 manat ödəmək KİFAYƏTDİR

Əlavə qazanc gətirir, vergidən azad edir... – Hər ay 100 manat ödəmək KİFAYƏTDİR

Rusiya ordusu Sumı şəhərinin mərkəzinə zərbə endirdi - VİDEO

Rusiya ordusu Sumı şəhərinin mərkəzinə zərbə endirdi - VİDEO

“Samsung”un bazar dəyəri 1 trilyon dolları keçdi

“Samsung”un bazar dəyəri 1 trilyon dolları keçdi

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil etdi – FOTO/VİDEO

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil etdi – FOTO/VİDEO

Pakistanın Baş naziri Trampa təşəkkür etdi – FOTO

Pakistanın Baş naziri Trampa təşəkkür etdi – FOTO

Egey dənizində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu YÜK GƏMİSİ BATDI

Egey dənizində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu YÜK GƏMİSİ BATDI

Bakıda məhkum kamera yoldaşını öldürdü

Bakıda məhkum kamera yoldaşını öldürdü

End of content

No more pages to load

RADİO