9 noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. 

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qalibaf: Müharibə istənilən an yenidən başlaya bilər

Qalibaf: Müharibə istənilən an yenidən başlaya bilər

Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq

Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti güclənir

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti güclənir

Vens Roma Papasına təşəkkür etdi: “Onun dualarında olacağıq”

Vens Roma Papasına təşəkkür etdi: “Onun dualarında olacağıq”

Aralıq dənizində zəlzələ oldu

Aralıq dənizində zəlzələ oldu

Avropa çempionatı: Cüdoçumuz Zelim Kotsoyev 1/4 finala yüksəldi

Avropa çempionatı: Cüdoçumuz Zelim Kotsoyev 1/4 finala yüksəldi

Şahin Mustafayev: “Türk dünyasının gələcəyi üçün mühüm qərarlar qəbul edilib”

Şahin Mustafayev: “Türk dünyasının gələcəyi üçün mühüm qərarlar qəbul edilib”

Tramp İranda ABŞ qırıcısının vurulmasına görə saatlarla köməkçilərinə qışqırıb

Tramp İranda ABŞ qırıcısının vurulmasına görə saatlarla köməkçilərinə qışqırıb

Binəqədi-Balaxanı yolunda çuxurlar maşınları sıradan çıxarır - VİDEO

Binəqədi-Balaxanı yolunda çuxurlar maşınları sıradan çıxarır - VİDEO

Lukaşenko: “Nüvə silahını niyə ölkəmizə gətirdim?”

Lukaşenko: “Nüvə silahını niyə ölkəmizə gətirdim?”

İran zənginləşdirilmiş uranı ABŞ-a verməyəcək - Xətibzadə

İran zənginləşdirilmiş uranı ABŞ-a verməyəcək - Xətibzadə

Tramp: “İsrail necə QALİB gəlməyi bilir”

Tramp: “İsrail necə QALİB gəlməyi bilir”

91 yaşında ilk dəfə baba oldu - REKORD GÖSTƏRİCİ

91 yaşında ilk dəfə baba oldu - REKORD GÖSTƏRİCİ

İnflyasiya PROQNOZU – Qiymətlər bu qədər yüksələcək

İnflyasiya PROQNOZU – Qiymətlər bu qədər yüksələcək

Masallıda ağır qəza: 18 yaşlı gənc öldü

Masallıda ağır qəza: 18 yaşlı gənc öldü

Ağ ayılar niyə yox olur?

Ağ ayılar niyə yox olur?

Misirdə 4 min illik nadir relyef oğurlandı

Misirdə 4 min illik nadir relyef oğurlandı

Muxtar Babayev COP31-in Prezidenti ilə görüşdü

Muxtar Babayev COP31-in Prezidenti ilə görüşdü

Quba-Xınalıq yolu qardan belə təmizlənir - VİDEO

Quba-Xınalıq yolu qardan belə təmizlənir - VİDEO

Messi dubl etdi, komandası qalib gəldi - VİDEO

Messi dubl etdi, komandası qalib gəldi - VİDEO

Tramp Xark adasının ələ keçirilməsi planından niyə imtina edib?

Tramp Xark adasının ələ keçirilməsi planından niyə imtina edib?

Bu ərazidən 63 yaşlı kişi meyiti tapıldı

Bu ərazidən 63 yaşlı kişi meyiti tapıldı

Avropa çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq

Avropa çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq

Füzulidə ağır QƏZA: 2 ölü, 2 yaralı var

Füzulidə ağır QƏZA: 2 ölü, 2 yaralı var

End of content

No more pages to load

RADİO