İslam iqtisadiyyatının banisi: Məmmədhəsən Meybullayev-70

UNEC-də iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.

xa0

Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, tanınmış akademiklər, alimin yaxınları və ailə üzvləri iştirak edib.

Rektor, professor Ədalət Muradov UNEC-in dəyərlərinə hər zaman sahib çıxdığını diqqətə çatdıraraq, bu dəyərlərin önündə universitetin ziyalılarının dayandığını bildirib. Professor M.Meybullayevi islam iqtisadiyyatının tədqiq edilməsində əvəzolunmaz alim adlandıran rektor, onun böyük iqtisadçılar nəslinin formalaşmasında əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə görkəmli iqtisadçı alimin apardığı aktual tədqiqatlardan söz açıb. M.Meybullayevin islam iqtisadiyyatı, milli gəlirin təkrar istehsalı sahəsində apardığı tədqiqatlarının ölkə üçün böyük elmi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

xa0

Akademik Vasim Məmmədəliyev yubilyarı iqtisadi bilikləri mənəvi-dini dəyərlər yönündə tədqiq edən alim kimi xarakterizə edib. M.Meybullayevin “İslam iqtisadiyyatı” monoqrafiyasında islam ölkələrinin sosial-iqtisadi inkişaf meyllərinin əsaslı şəkildə tədqiq etdiyini bildirib.

UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümidvar Əliyev və digər çıxış edənlər alimin elmi-pedaqoji fəaliyyətindən söz açıblar. Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif illərdə dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışan alimin 200-dən çox elmi əsərin, 6 monoqrafiyanın, 9 dərs vəsaitinin, 4 dərsliyin müəllifi olduğunu qeyd ediblər. “Əməkdar müəllim”,xa0xa0görkəmli iqtisadçı, fədakar insan Məhəmmədhəsən Meybullayevin nəinki elmi-pedaqoji fəaliyyəti, həmçinin ictimai həyatda öz obyektivliyi, prinsipiallığı və tələbkarlığı ilə böyük nüfuz qazandığını bildiriblər.

xa0

Tədbirdə UNEC-in İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin professor Məmmədhəsən Meybullayevin adını daşıması təklif olunub. Məmmədhəsən Meybullayev adına İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbərliyi UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti, alimin qızı Sərvinaz Xanlarzadəyə həvalə edilib. Atası barədə xatirələrini bölüşən S.Xanlarzadə görkəmli alimin ideyalarını davam etdirməkdən qürur duyduğunu bildirib. Ona göstərilən etimada görə təşəkkür edən S.Xanlarzadə bundan sonra da islam iqtisadiyyatının araşdırılması istiqamətində yorulmadan çalışacağını vurğulayıb.

Tədbirdə professor Məmmədhəsən Meybullayevin müəllifi olduğu kitablar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məhsulları soyuducuda saxlamaq olmaz

Bu məhsulları soyuducuda saxlamaq olmaz

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Qanunsuz saxlanılan silahlar aşkarlandı

“Alya”nın ilk sevgisi o olacaq

“Alya”nın ilk sevgisi o olacaq

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Şənbə və bazar günləri hava necə olacaq?

Şənbə və bazar günləri hava necə olacaq?

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

Amerika ağ kəpənəyi Lənkəranı BÜRÜDÜ - Zərərvericilər evlərə DOLUR - FOTO

Amerika ağ kəpənəyi Lənkəranı BÜRÜDÜ - Zərərvericilər evlərə DOLUR - FOTO

Kondisioner qarşısında yatmaq bu şəxslər üçün təhlükə yarada BİLƏR

Kondisioner qarşısında yatmaq bu şəxslər üçün təhlükə yarada BİLƏR

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Neft BAHALAŞDI

Neft BAHALAŞDI

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəldi – FOTO

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəldi – FOTO

Hörmüz boğazında neft tankeri vuruldu

Hörmüz boğazında neft tankeri vuruldu

SpaceX raketinin bir pilləsi saatda 8700 km sürətlə Ay səthinə çırpılacaq

SpaceX raketinin bir pilləsi saatda 8700 km sürətlə Ay səthinə çırpılacaq

Avqustun ilk gününün HAVASI

Avqustun ilk gününün HAVASI

Lerikdə ZƏLZƏLƏ oldu

Lerikdə ZƏLZƏLƏ oldu

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb - FOTO

“ABŞ indiki şəraitdə Ukraynaya “Partiot” raketlərini verə bilməz” – Elmar Məmmədyarov

“ABŞ indiki şəraitdə Ukraynaya “Partiot” raketlərini verə bilməz” – Elmar Məmmədyarov

Nəriman Həsənzadə VƏFAT ETDİ

Nəriman Həsənzadə VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO