“Müəllim, məni yaradıcılığa ruhlandır!” mövzusunda pedaqoji oxular keçirildi

xa0Artıq dördüncü ildir ki, humanist pedaqogika ideyaları Azərbaycan müəlliminə sistemli olaraq tanıdılır. Bu istiqamətdə ilk addım 2014-cü ilin dekabrında atıldı. Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakıda professor Şalva Amonaşvilinin “Təhsil sistemində uşaqlara humanist şəxsiyyət kimi yanaşma” mövzusunda dördgünlük müəllif seminarı təşkil olundu.xa0
2014-cü ildən sonra ikinci dəfə- 21-25 dekabr 2016-cı il tarixlərində ADPU-nun, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin (RHPM) birgə təşkilatçılığı ilə universitetdə Humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda II beynəlxalq seminar keçirildi. Üçüncü dəfə isə 22-25 mart 2018-ci il tarixlərdə Bakı şəhərində Təhsil Nazirliyi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzi və ADPU-nun təşkil etdiyi Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxularda Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Latviya, Litva, Estoniya və Gürcüstandan 300-dən çox təhsil işçisi iştirak etdi. Bu beynəlxalq tədbir təhsil ictimaiyyəti tərəfindən böyük rəğbət və maraqla qarşılandı.xa0
ADPU-nun təşkilatçılığı ilə Şamaxı Filialında 2 iyun 2018-ci il tarixdə “Müəllim, məni yaradıcılığa ruhlandır!” mövzusunda növbəti pedaqoji oxular keçirildi. Oxuların məzmununda təhsilalanlarda mənəvi-əxlaqi dəyərlərin inkişaf etdirilməsi və müasir tendensiyalar, humanist pedaqogika üzrə mövcud qabaqcıl təcrübənin mübadiləsi və təhsilə inteqrasiyası məsələləri yer aldı. Oxularda ADPU-nun rəhbərliyi və professor-müəllim heyəti, Humanist Pedaqogika Mərkəzinin nümayəndələri, filialın professor-müəllim heyəti və tələbələri, həmçinin Şamaxı, Ağsu, Bərdə, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Oğuz, Qəbələ, Qobustan, Sabirabad və Ucar rayonlarının qabaqcıl təhsil işçiləri iştirak edirdilər. Bu tədbir imkan verir ki, daha çox pedaqoq tədbirdən faydalansın, adları göstərilən RTŞ-lərin rəhbər nümayəndələri, metodik kabinetlərin müdir¬ləri, qabaqcıl müəllimlər, məktəb rəhbərləri və digər təhsil işçiləri arasında humanist pedaqogika ideyalarının daha geniş yayılması reallaşdırılsın.xa0
Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və ADPU-nun rektoru, professor Cəfər Cəfərov başda olmaqla bir qrup qabaqcıl elm adamları Şamaxı şəhərindəki ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri düzdülər.
Tədbir ADPU-nun Şamaxı Filialının akt zalında davam etdirildi.xa0
Plenar iclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra filialın direktoru, dosent Tünzalə Yusifova filialın kollektivi adından tədbir iştirakçılarını salamladı. T.Yusifova bir il öncə - 2017-ci ilin may ayında “III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu”nun və bu il “Müəllim, məni yaradıcılığa ruhlandır!” mövzusunda pedaqoji oxuların Şamaxı Filialında keçirilməsinə yaxından dəstək, diqqət və qayğı göstərdiklərinə görə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına və ADPU-nun rektoruna minnətdarlıq etdi.xa0
Rektor Cəfər Cəfərov tədbir iştirakçılarını salamlayaraq humanist pedaqogika üzrə oxuların mahiyyəti haqqında geniş məruzə ilə çıxış etdi.xa0
Sonra Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı adından gələn qonaqları salamladı və belə bir tədbirin qədim mədəniyyət beşiyi olan Şamaxı şəhərində keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.
Tədbirin plenar iclasında ADPU-nun nəzdində ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov “Müasir pedaqogikanın daşıyıcıları”, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov “Yaradıcı ürəklərin simfoniyası”, Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov “Müəllim, uşaqla yüksəl!”, ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov “Humanist tərbiyə mədəniyyəti” mövzularında təqdimatlarla çıxış etdilər.xa0
ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov informasiya cəmiyyəti dövründə gənc nəslin müasir tələblərə uyğun formalaşdırılması üçün cəmiyyətin, xüsusilə müəllimin və məktəbin əsas vəzifələri barədə çıxış etdi.xa0
Sonra ustad dərsləri keçirildi. Azərbaycan Respublikasının Əməkdar müəllimi Asif Cahangirovun “Yaradıcı direktor-yaradıcı mühit” və Bakı Humanitar Kollecinin direktor müavini Afaq Əliyevanın “Öyrənən və öyrədənlər – kimdir onlar?” mövzusunda ustad dərsləri təhsil işçilərinin marağına səbəb oldu.xa0
Ustad dərslərdən sonra müzakirələr – pedaqoji oxuların iştirakçıları ilə panel görüşü, sualların cavablandırılması keçirildi. Tədbir iştirakçıları pedaqoji oxuların çox böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Tədbirdə iştirak edən 200-ə qədər təhsil işçisinə sertifikatlar təqdim olundu.

Mensur
MensurMensur
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi” – “Qarabağ” oyunu başlayıb

“Neftçi” – “Qarabağ” oyunu başlayıb

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Üzərində bu ləkə olan çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Üzərində bu ləkə olan çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Lalə Azərtaş Yaponiya milli geyimində - FOTO

Lalə Azərtaş Yaponiya milli geyimində - FOTO

Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

Sırski: “Rusiya bütün cəbhə xətti boyunca hücum keçir, vəziyyət mürəkkəbdir”

Sırski: “Rusiya bütün cəbhə xətti boyunca hücum keçir, vəziyyət mürəkkəbdir”

Tramp sui-qəsd cəhdindən sonra bunu tələb etdi

Tramp sui-qəsd cəhdindən sonra bunu tələb etdi

Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı

Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı

İranın xarici işlər naziri yenidən İslamabada qayıtdı

İranın xarici işlər naziri yenidən İslamabada qayıtdı

"Ebru Gündeşin mənə etmədiyi düşmənçilik qalmadı"

"Ebru Gündeşin mənə etmədiyi düşmənçilik qalmadı"

"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist vəfat etdi - FOTO

Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR: Yaralılar var

Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR: Yaralılar var

Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaratdı - VİDEO

Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaratdı - VİDEO

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - VİDEO

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - VİDEO

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

Çexiyanın Baş naziri Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO

Çexiyanın Baş naziri Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO

İnsanları Suriyada silahlı münaqişələrə cəlb edən şəxsə hökm oxundu

İnsanları Suriyada silahlı münaqişələrə cəlb edən şəxsə hökm oxundu

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

Hava bu insanlar üçün əlverişsiz olacaq

Hava bu insanlar üçün əlverişsiz olacaq

End of content

No more pages to load

RADİO