Rus və Qazaxıstan ekspertlərinin GÜLÜNC VERSİYASI – Oksigen balonunun qəzaya səbəb olması iddiası FEYKDİR – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. İlkin ehtimallara görə təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Feyk iddia

Lakin bəzi KİV və sosial şəbəkələrdə qəza ilə bağlı feyk iddialar yayılır. İddia olunur ki, guya qəzaya səbəb təyyarənin içərisindəki oksigen balonun partlaması olub. Belə feyk informasiyalar daha çox Rusiya və Qazaxıstanın mediasında daha çox yayılıb. Xüsusilə də, Rusiya mediasında bir sıra “ekspert”lər bu versiyanı tirajlayırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın vurulan təyyarə və helikopterləri – ARAŞDIRMA


Bununla bağlı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib ki, oksigen balonunun partlayışı başqa təyyarənin göyərtəsində baş verib:

“Saat 10:53-də Rostov reysinin direktoru Aktau qülləsinin uçuş direktoruna təyyarənin sərnişin kabinəsində oksigen balonunun partlaması, sərnişinlərin huşunu itirməsi barədə məlumat verib”.

“Oksigen balonu kənar müdaxilə olmadan partlaya bilməz”

Hətta bir sıra rus ekspertləri də bu iddianın absurd olduğunu qeyd edirlər. Belə ki, “Avia.ru” portalının redaktoru Roman Qusarov və Əməkdar sınaq pilotu, Rusiya Qəhrəmanı İqor Məlikov “Vzqlyad” qəzetinə müsahibəsində AZAL-ın təyyarəsinin qəzası zamanı göyərtəsində qaz balonunun partlaması versiyasını şərh ediblər.

Roman Qusarov qeyd edib ki, təyyarədə yalnız reanimasiya üçün oksigen balonları daşımaq olar:

“Təyyarənin göyərtəsində başqa hansısa silindrlərin olması ehtimalı yoxdur. Yanğınsöndürənlərsə partlamır. Ona görə də bir oksigen balonunu yalnız atəşə atsanız partlaya bilər".

İqor Məlikovsa öz növbəsində qeyd edib ki, söhbət oksigen balonundan gedirsə, onun heç bir müdaxilə olmadan partlaması mümkün deyil:

“Ona hökmən kənar müdaxilə lazımdır. Çünki təyyarələrdəki oksigen balonları   daha böyük yüklər altında sınaqdan keçirilir. Üstəlik, qaz balonunun partlaması faktiki olaraq baş vermiş olsaydı, bu, fövqəladə vəziyyətə gətirib çıxara bilərdi, qəzaya yox”.

“Oksigen balonu partlasa, yanğın olmalı idi”

Məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, oksigen balonun partlaması əsasən daxildə baş verir:

“Bunun təyyarənin səthinə elə bir təsiri olmur. Üstəlik, oksigen balonun partlaması yanğın törədir. Amma qəza anında çəkilən videogörüntülərdən də aydın olur ki, göyərtədə hər hansı bir yanğın yoxdur. Ona görə də təyyarədə oksigen balonun partlaması əsaslandırılmamış, feyk xəbərdir”.

Müsahibimiz əlavə edib ki,təyyarə Qroznı şəhəri üzərindəykən yerli HHM sistemləri tərəfindən vurulub:

“Təbii ki, qara qutu açılandan və texniki ekspertiza başa çatandan sonra bunu daha dəqiq biləcəyik. Amma bütün hallarda oksigen balonu müzakirə predmeti ola bilməz. Ortada hər kəsin gördüyü videogörüntülər var. Həmin görüntülər də sübut edir ki, təyyarə vurulub”.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Bu şəxslərin maaşı ARTIRILACAQ

Bu şəxslərin maaşı ARTIRILACAQ

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Rəqsanə tanınmaz halda - FOTO

Rəqsanə tanınmaz halda - FOTO

Babək Tağıyev işdən çıxarıldı

Babək Tağıyev işdən çıxarıldı

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

End of content

No more pages to load

RADİO