"Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir..." - AZAL-ın sabiq prezidenti qəzadan DANIŞDI

Sərnişin təyyarəsinin vurulması, üstəlik də vurulmuş təyyarənin ən yaxın aeoroportlar tərəfindən qəbul edilməməsi, təcili enişə icazə verilməməsi qeyri-insani hərəkət və cinayət əməlidir. Bu mənim şəxsi fikrimdir. Təbii ki, istintaq aparılacaq, təyyarənin hansı şəraitdə vurulduğu, qəzanın baş vermə səbəbləri bilinəcək, aydınlaşacaq. Mənim şəxsi fikrim budur və ilkin tədqiqatlardan da görünür ki, təyyarə Qroznı səmasında raket hücumuna məruz qalıb, vurulub. Vuranlar da başa düşüblər ki sərnişin təyyarəsini vurublar, izi itirmək üçün onu Qroznı yaxınlığındakı 5 aeroportun heç birinə qəbul etməyiblər". 

Bizim.Media xəbər verir ki, bu fikirləri “demokrat.az”a açıqlamasında AZAL-ın sabiq prezidenti Ədalət Əliyev bildirib. 

O qeyd edib ki, Qroznı aeroportu da daxil olmaqla nə Mahaçqala, nə Həştərxan, nə Mineralnıyı Vodı, nə də Stavropol aeroportu təyyarəni qəbul edib: 

"Pilotlarla dispetçerin danışıqları var. Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir. Bunu bilərəkdən, qəsdən ediblər ki, təyyarə dənizə düşsün, iz itsin. Qəhrəman pilotlarımız qəzalı təyyarəni ən ağır şəraitdə 1 saata yaxın idarə edib Xəzər dənizi üzərindən Qazaxıstana – Aktauya yönəldiblər. Hesab edirəm ki, AZAL şirkəti və Azərbaycan dövləti Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında vəsatət qaldırmalı, Rusiya Havaçılıq İdarəsinin bu qeyri-insani yanaşmasına hüquqi qiymət verilməsini tələb etməlidir".

Ə.Əliyev söyləyib ki, Qroznı hazırda döyüş zonası hesab edilir:  

"Rusiya hava sahəsini uçuşlar üçün qapalı elan etməliydi. Qroznıya sərnişin təyyarəsi göndərmək düzgün deyil. Rusiyanın hər tərəfinə uçuşlar dayandırılmalıdır".

Ə.Əliyev təyyarədə qəzanın  başvermə səbəblərini də izah etdi:  

"Təyyarənin vurulması nəticəsində əmələ gələn dəliklərdən salona hava axını daxil olub. Təyyarə salonunda hava yerdəki atmosferə uyğun olur ki, sərnişinlər rahat nəfəs ala bilsin. Amma dəliklərdən hava axını içəri daxil olduğundan hava balansı pozulub, sərnişinlər özlərini pis hiss etməyə başlayıb, hava balonlarından istifadə ediblər. Pilotlar təyyarəni hidromexaniki üsullarla  idarə etmək məcburiyyətində qalıb. Bu, çox çətin, həddindən artıq ağır işdir".  

AZAL-ın sabiq prezidenti onu da vurğulayıb ki, pilotlarımızın ustalığı və qəhrəmanlığı sayəsində təyyarə yerə endirilib və sərnişinlərin hamısı həlak olmayıb: 

"Mən o kapitanı da tanıyıram, gənc pilota da dərs demişəm. Onlar peşəkar pilotlar idi. Ümumiyyətlə, Azərbaycan pilotları ağır hava şəraitində çalışmağı bacarırlar. Çox heyifslənirəm ki, bu faciə baş verdi. Amma faciəyə səbəb olanlar üzr istəməyi belə özlərinə rəva görmürlər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Bu şəxslərin maaşı ARTIRILACAQ

Bu şəxslərin maaşı ARTIRILACAQ

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Rəqsanə tanınmaz halda - FOTO

Rəqsanə tanınmaz halda - FOTO

Babək Tağıyev işdən çıxarıldı

Babək Tağıyev işdən çıxarıldı

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

End of content

No more pages to load

RADİO