Ermənistan Xankəndidə ölən erməni sakinin cənazəsini qəbul etməyib – RƏSMİ

Xankəndi şəhərinin erməniəsilli sakinlərindən birinin xəstəlikdən vəfat etməsi barədə məlumat vermişdik. 

Bizim.Media xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 20 oktyabrda vəfat edən 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşakovnanın cənazəsinin Ermənistan tərəfindən qəbul edilmədiyini açıqlayıb. 

Bildirilib ki, V.Ağasyan 20.10.2024-cü ildə, səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib:

“Bu barədə 23.10.2024-cü il tarixdə Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən mətbuata açıqlama verilib, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizanın təyin olunduğu, keçirilən məhkəmə-tibbi ekspertizanın məlumatlarına görə, 70 yaşlı qadının ölümünə bilavasitə səbəb ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığının olduğu bildirilib. 

Həmçinin qeyd olunub ki, V.Ağasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsi ilə təmin edilib və ona lazımi sosial müdafiə dəstəyi göstərilib. 

V.Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi məlumatlandırılmış, bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və V.Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilib. 
 

Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilib.


Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülüb, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınıb, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (Apostil verilib) təsdiq edilib. Meyitin 29 və ya 30 oktyabr tarixlərində BQXK-nın vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyəti dövlət qurumlarına təhvil verilməsi planlaşdırılmış və görülmüş tədbirlər barədə BQXK-nın vasitəsilə qarşı tərəfə məlumat göndərilib.

Lakin, müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir cavab alınmayıb.

Ötən müddət ərzində məsələ BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bir neçə dəfə müzakirə edilsə də, qurumdan Ermənistan tərəfinin bu barədə onlara cavab vermədiyi bildirilib. 

Təhlillər göstərir ki, əvvəllər anası ilə əlaqə saxlamayan və onunla maraqlanmayan övladlarının vəfat etdikdən sonra dəfn olunması üçün meyitinin Ermənistana təhvil verilməsi ilə bağlı BQXK-ya müraciət etmələri, sonradan isə proseslə bir daha maraqlanmamaları əvvəlcədən düşünülmüş çirkin təbliğat planının tərkib hissəsi olmuşdur.

Belə ki, Ermənistan tərəfi ehtimal etmişdir ki, Azərbaycan tərəfi V.Ağasyanın övladlarının meyitin qarşı tərəfə təhvil verilməsi tələbindən imtina edə və bu faktdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP-29) öncəsi Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə oluna bilər.

Azərbaycanın humanitar prosesi həyata keçirməyə hazır olduğunu gördükdən sonra isə istəklərinə nail ola bilmədiklərindən proses onlar üçün aktuallığını itirib. 

Dinindən və milliyyətindən asılı olmayaraq, vəfat etmiş insanla bağlı məsələnin siyasiləşdirilməsi və bu hadisənin Azərbaycana qarşı çirkin təbliğat vasitəsinə çevrilməsi cəhdləri humanitar hüquq normalarına və bəşəri dəyərlərə hörmətsizlikdir.  
 

Azərbaycan Respublikasının həmişə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşdığını və beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini diqqətə çatdıraraq Dövlət Komissiyası V.Ağasyanın meyitinin qarşı tərəfə verilməsinə hazır olduğunu bir daha bəyan edir. 


Dini adətlərə, o cümlədən aidiyyəti mütəxəssislərin elmi rəylərinə əsasən, insan meyitinin uzun müddət saxlanılması mümkün olmadığı üçün 2025-ci ilin yanvar ayının sonunadək Ermənistan tərəfi V.Ağasyanın meyitini qəbul etməyəcəyi halda, meyit Azərbaycan Respublikasının ərazisində dəfn ediləcək və məzarı müvafiq qaydada qorunacaq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

“Arsenal” Arteta ilə danışıqlara başladı

“Arsenal” Arteta ilə danışıqlara başladı

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Netanyahu: Trampla hər gün danışıram...

Netanyahu: Trampla hər gün danışıram...

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Sürücülərə ŞAD XƏBƏR - Yeni dairəvi yollar tikiləcək - FOTO

Sürücülərə ŞAD XƏBƏR - Yeni dairəvi yollar tikiləcək - FOTO

Kimlər daha tez təqaüdə çıxa bilər? — AÇIQLAMA

Kimlər daha tez təqaüdə çıxa bilər? — AÇIQLAMA

Mələkxanım Eyubova yeni doğulan nəvəsinə məclis KEÇİRDİ - VİDEO

Mələkxanım Eyubova yeni doğulan nəvəsinə məclis KEÇİRDİ - VİDEO

Əziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd oldu

Əziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd oldu

ABŞ Oman körfəzində İran tankerini darmadağın etdi

ABŞ Oman körfəzində İran tankerini darmadağın etdi

Sibiqa Bayramovla danışarkən: "Ukrayna Azərbaycana minnətdardır"

Sibiqa Bayramovla danışarkən: "Ukrayna Azərbaycana minnətdardır"

Nazir çex həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO

Nazir çex həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO

Abşeronda əməliyyat: saxlanılanlar var

Abşeronda əməliyyat: saxlanılanlar var

"İndi qorxumdan heç bir restoranda yemək yemirəm"

"İndi qorxumdan heç bir restoranda yemək yemirəm"

End of content

No more pages to load

RADİO