Hərbi xidmətə çağırışla bağlı yaş həddi 30-a ENDİRİLDİ

Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri son oxunuşda qəbul edib. 

Bizim.Media xəbər verir ki, Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə, "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. 

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. 

Hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.
 

Həmçinin, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır. 


Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər. 

Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Bu şəxslərin maaşı ARTIRILACAQ

Bu şəxslərin maaşı ARTIRILACAQ

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Rəqsanə tanınmaz halda - FOTO

Rəqsanə tanınmaz halda - FOTO

Babək Tağıyev işdən çıxarıldı

Babək Tağıyev işdən çıxarıldı

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

End of content

No more pages to load

RADİO