Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
“AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik.
Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq”.
Bizim.Media