Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Sadıqov Qorxmaz Elşad oğlunun qeyri-döyüş şəraitində həlak olub.
Müdafiə Nazirliyindən (MN) Bizim.Media-ya verilən xəbərə görə, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Dünən gecə Azərbaycan Quru Qoşunlarının əsgəri dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, hərbi hissələrin birində qulluq edən Sumqayıt şəhər sakini Qorxmaz Elşad oğlu Sadıqov dünyasını dəyişib. Ailəsinə verilən məlumata görə, əsgər ehtiyatsızlıqdan həlak olub.
Q. Sadıqov ailənin tək oğlu olub, tərxisinə 1 ay qalıbmış.
Bizim.Media
