39 yaşlı Şəki sakini xəstəxanada dünyasını dəyişib.
Onun iki gün əvvəl yıxılaraq xəsarət aldığı bildirilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki şəhər sakini, 39 yaşlı Vüqar İsmayılov iki gün əvvəl şəhər ərazisində olarkən qəflətən yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onu Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər və bütün tibbi yardımlar göstərilib.
Həkimlərin səyinə baxmayaraq Vüqar İsmayılov bu səhər dünyasının dəyişib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu