Suriya hadisələri və Azərbaycan

Bəşər Əsəd rejiminin devrilməsi ilə Yaxın Şərq regionunda yeni dövr başladı. Azərbaycan və qardaş Türkiyə 10 ildən çox bir müddətdə qaçqınlıq həyatı yaşayan, Avropa küçələrində arzuolunmaz miqranta çevrilən, bir qismi “Qoca Qitə”yə və Birləşmiş Ştatlara yollanarkən həyatlarını itirən suriyalıların əvvəlki kimi, təhlükəsiz yaşamalarını arzu edir və bu prosesə istər humanitar, istərsə də maliyyə dəstəyi verməyə hazır olduqlarını deyir.

Prezident İlham Əliyevin ötən həftə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışıqlarından da aydın olur ki, Bakı və Ankara “Ərəb baharı”nı ən ağır məhrumiyyətlərlə keçirən Suriyanın müstəqil dövlətçiliyini qoruyub saxlamasını, Əfqanıstan, Liviya, İraqın taleyini yaşamamasını arzu edir və post-Əsəd dönəmində bölgədə təhlükəsizliyin təmini üçün hər cür yardımı göstərə biləcəklərini ortaya qoyur.

Suriyada baş verən hadisələr Cənubi Qafqazdakı qüvvələr nisbətinə də bu və ya digər dərəcədə təsir edəcək.

Çünki, devrilmiş Bəşər Əsəd uzun illər müsəlman dünyasından olan tərəfdaşları - azərbaycanlılara deyil, Azərbaycan torpaqlarını işğal altında saxlayan, müsəlman dininə məxsus abidələrə qarşı vandal aktları törədən və bununla da, islamı təhqir edən erməni separatçılarına dəstək verib.

44 günlük müharibə dövründə ölkəmizə qarşı dezinformasiya yayanlara Suriya müstəvisində məhz Əsəd özü başçılıq edirdi. O, bir neçə dəfə açıqlamalarında Qarabağdakı xunta rejiminin tərəfində olduğunu da demişdi. Ermənistandan bu ölkəyə göndərilən 83 nəfərlik kontingent mina təmizləyənlər adı altında Əsəd tərəfdarları ilə bir sırada Türkiyə və digər mütərəqqi qüvvələrə qarşı vuruşurdular.

Suriya-Ermənistan münasibətlərinin Türkiyə üçün də təhdid halına gəldiyinə dair müəyyən məlumatlar var.

Məsələn, 2009-cu ildə Bəşər Əsəd İrəvanda olarkən Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyana müraciət etmişdi.

Sarkisyan isə “Siz türkləri yaxşı tanımırsınız” deyərək o zamanlar dəbdə olan “erməni açılımı” təşəbbüsünə zərbə vurmuşdu. Bir müddətdən sonra Dəməşqdə erməni nümayəndə heyətini qəbul edən Bəşər Əsədin “sizin lideriniz mənə türkləri yaxşı tanımadığımı demişdi, indi görürəm ki, o, haqlı imiş” sözləri Türkiyəyə qarşı Suriya-Ermənistan tandeminin yarandığını təsdiqləyir.

Bu faktlar göstərir ki, Ermənistan və Bəşər Əsəd rejimi arasında sıx əməkdaşlıq əlaqələri olub və hazırda Suriyada baş verənlər əsla ermənilərin xeyrinə deyil. Çünki, “Ərəb baharı”nın start götürdüyü 2011-ci ildə Hələb şəhərində və digər bölgələrdə 100 min erməni yaşadığı halda, bu gün onların sayı cəmi 30 mindir. Əsədə qarşı vətənpərvər qüvvələrin mübarizəsinə isə erməni media mənbələri “terrorçuların aksiyası” adını vermişdilər.

Beləliklə, Suriyada diktaturanın devrilməsi və yeni qüvvələrin hakimiyyətə gəlməsi Ermənistan üçün də siqnal olmalıdır.

İran və Suriya ilə münasibətləri hərbi əməkdaşlıq müstəvisinə daşıyan ermənilər indi bir müsəlman ölkəsinin dəstəyindən məhrum olmaqla Cənubi Qafqazda dəstək gücünü itirir və Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətindədir.

Digər tərəfdən, Türkiyənin Suriya məsələsinin həlli ilə bağlı dünya birliyindən aldığı mandat İrəvan və ona havadarlıq edən dairələr üçün arzuolunmaz gedişdir. ABŞ və Avropa istəyərək, yaxud istəməyərək, Suriya böhranının çözülməsini Ankaranın ixtiyarına buraxır.

Türkiyə təhlükəsizlik orqanları rəsmilərinin Dəməşqə səfərləri, ABŞ-nin dövlət katibi və Avropa Komissiyası prezidentinin Ankaraya səfəri, Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın Rəcəb Tayyib Ərdoğana verdiyi dəyər və onu güclü lider adlandırması belə düşünməyə əsas verir ki, post-Əsəd dövründə Suriya ilə bağlı əsas qərarları məhz Türkiyə verəcək. 


Lakin proseslərin göründüyü qədər sadə olacağı inandırıcı deyil. Məsələ ondadır ki, Qərb dövlətləri Rusiya ilə Ukrayna böhranı prizmasından balansı öz xeyirlərinə dəyişdirdiklərini düşünərək indi də Suriya üzərindən Rusiyanın mövqelərini sarsıtmağa çalışır.

Rus qoşunlarının qısa müddətdə Suriya ərazisindən çıxarılması tələbi bir tərəfdən də Moskva-Ankara münasibətlərini pozmağa hesablanır.

Bəşər Əsədin Rusiyada sığınacaq tapması həm də onun topladığı milyardlarla pul vəsaitini Rusiyaya apardığı şəklində interpretasiya edilir və Kremlin Ukrayna cəbhəsində yeni imkanlar qazana biləcəyi kimi proqnozlaşdırılır. Bəzi Avropa ölkələri, məsələn, elə hökumət böhranı yaşayan Fransa və Almaniyanın Dəməşqdə öz nümayəndəliyini açmağa tələsməsi faktiki, Qərb supergüclərinin “Suriya piroqu”ndan pay almağa çalışdığı anlamına gəlir. ABŞ-nin indiki mərhələdə tutduğu mövqe isə Suriyanın neftlə zəngin bölgələrini nəzarətdə saxlamağa hesablanır.

Ağ ev rəsmilərinin İŞİD faktorunu tez-tez yada salması ABŞ-nin Yaxın Şərqdə atacağı növbəti addımlarla bağlı xəbərdarlığı sayılmalıdır. Başqa sözlə desək, əgər amerikalılar Suriyada nəzərdə tutduqları idarəetmə formasını yarada bilməsələr, bu ölkə ərazisində etnik kürdlərin yaşadığı bölgədə Kürd dövlətinin yaradılması fakt olacaq, ya da PKK-nin əsas qanadı olan PYD-nin cinayətkar əməllərinə göz yumulacaq.

Suriyada zəfər çalan qüvvələrin Türkiyəyə yaxın olduğunu yazan Qərb mediası gələcəkdə ölkənin yeni vətəndaş müharibəsinə yuvarlana biləcəyinə işarə vurur. Misirdə, İraqda olduğu kimi...

Görünən odur ki, Bəşər Əsəd hakimiyyətdən uzaqlaşdırılsa da, Suriyada davamlı sabitlik və əmin-amanlığın yaranacağını proqnozlaşdırmaq tezdir. Yaxın Şərqdə səngiməyən döyüşlər, İran və Rusiyanın Suriya proseslərinə dair bəzi bəyanatları ondan xəbər verir ki, doğma yerlərindən didərgin düşən suriyalıların öz vətənlərində bundan sonra təhlükəsiz şəraitdə yaşayacaqları sual altındadır.

Məsələn, İsrailin Qolan təpələrinə iddiası və bu təpələri İsrailin təhlükəsizliyinin qarantı adlandırması artıq ziddiyyətlər üçün ilk əsasdır. Çünki, Qəzzada və Livanda hələ də əməliyyatlar həyata keçirən rəsmi Təl-Əviv Qolan təpələrini öz ərazisinə qatacağını və heç bir şərt altında onu Suriyaya qaytarmayacağını deyirsə, deməli, İsrailin addımlarından nümunə götürəcək digər güc mərkəzləri də Suriyada unitar dövlət modelinə dəstək verməyəcək, əksinə, Əsəddən sonrakı ölkəni parçalamağa çalışacaqlar.

Odur ki, indiki mərhələdə proqressiv qüvvələr birləşməli və Yaxın Şərqdə yeni uzunmüddətli münaqişə ocağının yaranmaması üçün Suriyada sabitlik və təhlükəsizliyin təmini istiqamətində addımlar atmalıdırlar.

Hələlik, sözügedən ölkənin beynəlxalq siyasi və iqtisadi proyektlərə qoşulmasını istəyən çox az sayda ölkə var ki, onların sırasında Azərbaycan da yer alır.

Prezident İlham Əliyev hələ 2016-cı ildə Londonda Suriya ilə bağlı keçirilən sammitdə Azərbaycanın Suriya xalqına humanitar yardım göstərmək üçün bütün imkanlarını işə salacağını demişdi. O vaxtdan 8 il ötür və Azərbaycan sözünün üstündə durur. Suriya tərəfindən ölkəmizə ünvanlanacaq hər bir müraciət konstruktiv əməkdaşlıq prinsipləri çərçivəsində cavablandırılacaq. Çünki, Yaxın Şərqdə sülhün təmini bu bölgədə yerləşən ölkələrlə qlobal nəqliyyat və enerji və digər sahələr üzrə fəal əməkdaşlığa yeni perspektivlər açacaq.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Qaxda dəhşətli qəza: 1 ölü, 3 yaralı var – ÖZƏL

Qaxda dəhşətli qəza: 1 ölü, 3 yaralı var – ÖZƏL

Zaur həyat yoldaşı ilə istirahətə getməməsi HAQDA: “Bir-birimizə yapışmalı deyilik” - VİDEO

Zaur həyat yoldaşı ilə istirahətə getməməsi HAQDA: “Bir-birimizə yapışmalı deyilik” - VİDEO

Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLAYACAQ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLAYACAQ

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

Azərbaycandan Qarsa ilk reys – FOTO

Azərbaycandan Qarsa ilk reys – FOTO

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

İlham Əliyev Qırğızıstana getdi

İlham Əliyev Qırğızıstana getdi

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

End of content

No more pages to load

RADİO