Elektrik benzinə qalib gələ bilmir - Minimum 10 il vaxta ehtiyac var

Son vaxtlar dünyada, o cümlədən Azərbaycanda hibrid və elektriklə işləyən avtomobillərin sayı artır. Məntiqlə bu, ölkədə yanacaq sərfiyyatını azaltmalıdır. Amma hələlik bunu müşahidə edə bilmirik. Cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 780,2 milyon manat xərclənib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 6,5 faiz üstələyir. Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 milyon manat xərclənib, bu da illik müqayisədə 8,1 faiz artım deməkdir. Bəs nə zaman bu sahədə keçirilən islahatların nəticəsini az da olsa, müşahidə edə biləcəyik? Əgər yanacaqdan istifadə azalarsa, yanacaqdoldurma məntəqələrini hansı aqibət gözləyir?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin hazırladığı məqaləni sizə təqdim edir:

Yaxın beş ildə vəziyyət dəyişməyəcək

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyevin sözlərinə görə, hazırda ölkədə yaşıl enerjiyə keçidlə bağlı mühüm işlər görülür: "Nəzərə almalıyıq ki, bizim avtoparkımızdakı maşınların 85 faizdən çoxunun yaşı 10 ildən yuxarıdır, yəni köhnə avtomobillərdir. Düzdür, bu sahədə güclü islahatlar həyata keçirilir. Elektrik və hibrid avtomobillərə güzəştlərlə yanaşı, təbliğ və təşviq də gündəmdədir. Həmçinin taksi parklarımız da yenilənir. Köhnə avtomobillər də utilizasiya prosesinə cəlb olunur".

E.Əliyevin fikrincə, hər kəs yeni və müasir avtomobil ala bilmir. Bu zaman daxili yanma mühərrikli avtomobillərə maraq artır. Belə olduqda yalnız avtomobil parkımız yenilənir, amma yanacağa olan tələbat dəyişməz olaraq qalır: "Nəzərə alaq ki, gənc nəsildən hamı hələlik elektrikli avtomobil almır. Yaşlı nəslin əksəriyyəti də daxili yanma mühərrikli avtomobillərə öyrəşib. Onların birdən-birə elektrikli avtomobil sürməyə başlaması bir az çətindir. Utilizasiyaya gedən avtomobilə görə verilən pulla elektrikli avtomobil almaq da mümkün deyil. Belə olduqda insanlar məcbur qalıb ucuz və yerli istehsal benzinlə işləyən avtomobilə yönəlirlər. Bu amilləri göz önünə alsaq, dizel və benzinin yaxın beş ildə aktuallığını itirəcəyini görməyəcəyik. Bu illər ərzində həm elektrik, həm də ənənəvi yanacağa tələbat qalacaq".

Alıcılar hələ də risk etmək istəmirlər

İqtisadçı Emin Qəribli isə düşünür ki, benzin və dizel yanacağına tələbatın artması olduqca normaldır: "Çünki əhalinin sayı da artır. Belə olduqda avtomobillər də çoxalır. Nəzərə almalıyıq ki, köhnə avtomobillər ölkəmizdə yetəri qədər çoxdur. Onlar köhnəldikcə yanacağa olan tələbatları da xeyli yüksəlir. Üstəlik ölkəmizə gələn avtomobillərin hamısı da hibrid və elektrikli deyil. Böyük həcmdə dizel və benzinlə işləyən avtomobillərə də maraq hələ qalır".

E.Qəribli bildirdi ki, elektrikli maşınların bəzi çatışmayan cəhətləri onlara olan tələbata da təsir edir: "Lakin ölkəmizdə bunun azalması üçün də işlər görülür. Məsələn, elektrikli avtomobillərin idxalı zamanı rüsum alınmır, vergidən azaddırlar. Bu amillər elektriklə işləyən maşınların artmasına təsir edir. Düşünürəm ki, son illər gözlə görülən artım var. Amma insanların bəziləri hələ də elektrikli avtomobilləri almağa risk etmir. Bunun da səbəbləri var. Çünki elektrikli avtomobillər qışda 300-400 km və hətta ondan da az məsafələri qət edə bilir. Rayonlara maşın sürmək istəyən insanlar ona görə elektrikli avtomobillərə keçmir. Amma şəhər içində sürmək üçün əlverişlidir".

"Minimum on il vaxt verməyə ehtiyac var"

İqtisadçının fikrincə, icra edilən işlər nəticəsində bu sahədəki yenilikləri və artımları daha çox görəcəyik: "Bir il ərzində elektrik enerjisi ilə işləyən maşınların idxalı 70 faizə qədər artıb. Amma əvvəlki illərdə bu daha az idi. Elektriklə işləyən avtobuslar gətirilir. Enerji doldurma məntəqələrinin sayındakı artımı vurğulamaq lazımdır. Məntəqələrin artırılması üçün işlər görülür. Müəyyən güzəştlər tətbiq edilir ki, şərait yaradılsın, avadanlıq qurulsun. Zənnimcə, yaxın zamanda onların da sayında xeyli artım görəcəyik".
 

Müsahibimiz düşünür ki, elektriklə işləyən maşınların sayı artdıqca yanacaqdoldurma məntəqələri də yavaş-yavaş işıq enerjisinə keçid edəcək: "Amma bunun tez olacağını düşünmürəm. Dərhal bütün maşınlar elektriklə işləyə bilməz. Elektrik doldurma məntəqələrinə keçid elə də asan proses deyil. Nəzərə almalıyıq ki, bir maşın saatlarla enerji doldurmalıdır.


Sürətli yığım üçün aparatlar var. Lakin onlar da çox enerji istifadə edir. Bütün avadanlıqlar o gücə uyğun olmalıdır. O səbəbdən, bu məsələlərin tez bir zamanda həll edilməsi asan deyil. Minimum 10 il vaxta ehtiyac var. Bu müddətdə yəqin ki, yeni texnologiyalar da tətbiq olunacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Bakıda 35 milyonluq park salınır

Bakıda 35 milyonluq park salınır

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Şəhid övladı VƏFAT ETDİ

Şəhid övladı VƏFAT ETDİ

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Tiktoker "Murad Sadə" həbs edildi

Tiktoker "Murad Sadə" həbs edildi

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

End of content

No more pages to load

RADİO