Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşdü – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Ruanda Prezidentinə çatdırıb. 
 

Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.


İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrika ölkələrində təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində layihələrin, təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib. 

Noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıya səfər etdiyini qeyd edən Ruanda Respublikasının Prezidenti Pol Kaqame tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xatırladan Pol Kaqame göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdən gözəl təəssüratlarla ayrıldığını deyib. 

Pol Kaqame ölkəmizin, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə Ruandada həyata keçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkkür edib.

Bu günlərdə Ruandada Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının iclasının keçirildiyini qeyd edən Pol Kaqame Azərbaycanın beynəlxalq layihələrə, o cümlədən dünya əhəmiyyətli idman yarışlarına, xüsusilə Formula 1 yarışına uğurla ev sahibliyi etdiyini vurğulayıb.
 

Gələcəkdə Formula 1 yarışının Ruandada da keçiriləcəyinə ümidvar olduğunu deyən Prezident Pol Kaqame bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyinə böyük önəm verdiyini bildirib. 


Görüşdə Ruanda Respublikasının Prezidentinə Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri - “Azərbaycan. Təbiətin sehrində” kitabı təqdim edilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna PUA-ları 2-ci dəfə Permdəki neft emalı zavoduna zərbə endirdi

Ukrayna PUA-ları 2-ci dəfə Permdəki neft emalı zavoduna zərbə endirdi

Çinin iki keçmiş müdafiə naziri edam olunacaq

Çinin iki keçmiş müdafiə naziri edam olunacaq

Gözəllik salonunda qadını öldürmək istədi

Gözəllik salonunda qadını öldürmək istədi

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Instagram-da böyük “təmizlik”: Məşhurlar milyonlarla izləyici itirdi

Instagram-da böyük “təmizlik”: Məşhurlar milyonlarla izləyici itirdi

Qızını qorumaq üçün kürəkənini qətlə yetirdi – Qandonduran AİLƏ DRAMI – FOTO

Qızını qorumaq üçün kürəkənini qətlə yetirdi – Qandonduran AİLƏ DRAMIFOTO

Rusiya XİN Ermənistanı vədini pozmaqda ittiham etdi

Rusiya XİN Ermənistanı vədini pozmaqda ittiham etdi

Valentina Antonenko ilə vida mərasimi keçirildi – FOTO

Valentina Antonenko ilə vida mərasimi keçirildi – FOTO

Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI – ÖZƏL

Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI – ÖZƏL

"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır

"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır

Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO

Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO

CBC Sport futbol azarkeşlərindən üzr istədi - BƏYANAT

CBC Sport futbol azarkeşlərindən üzr istədi - BƏYANAT

Əsəblərinə hakim ola bilməyən qadın marketi biri-birinə qatdı – ANBAAN VİDEO

Əsəblərinə hakim ola bilməyən qadın marketi biri-birinə qatdı – ANBAAN VİDEO

Həyəcan təbili çalınır: Bir metropol yerin dibinə qərq olur

Həyəcan təbili çalınır: Bir metropol yerin dibinə qərq olur

Kassa aparatları ilə dövriyyə bu il nə qədər olub?

Kassa aparatları ilə dövriyyə bu il nə qədər olub?

Agentlik sədrinin müşaviri işdən çıxdı - FOTO

Agentlik sədrinin müşaviri işdən çıxdı - FOTO

Bir aya yaxındır Xəzərdə itkin düşən balıqçının axtarışları DAYANDIRILIB? – İddialara rəsmi REAKSİYA

Bir aya yaxındır Xəzərdə itkin düşən balıqçının axtarışları DAYANDIRILIB? – İddialara rəsmi REAKSİYA

Bakıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Elgizin verilişinin yerinə bu proqram VERİLDİ - FOTO

Elgizin verilişinin yerinə bu proqram VERİLDİ - FOTO

İran və ABŞ yaxın saatlarda razılığa gələcək

İran və ABŞ yaxın saatlarda razılığa gələcək

Siyasi yaddaşın ağır hökmü və SON BAHARA ÇIXAN YOL

Siyasi yaddaşın ağır hökmü və SON BAHARA ÇIXAN YOL

"Bank Respublika"da POZUNTU AŞKARLANDI

"Bank Respublika"da POZUNTU AŞKARLANDI

Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"

Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"

End of content

No more pages to load

RADİO