Bölgələrdəki qızları təhsilə cəlb etmək üçün hansı işlər görülür? – Rəsmi AÇIQLAMA

Ötən günlərdə təhsil naziri Emin Əmrullayev çıxışında məktəbli qızların 15 yaşdan sonra nəticələrinin zəiflədiyini bildirmişdi. Qeyd etmişdi ki, qızlar 15 yaşına qədər məktəbdə oğlanlardan yaxşı oxuyurlar, amma müəyyən yaşdan sonra onlar dərslərinə fokuslana bilmirlər deyə zəifləyirlər. Bunu da erkən nikahlar və cəmiyyətdə qızlara olan basqı ilə əlaqələndirmişdi.

Bu mövzu hər zaman Azərbaycanda müzakirə olunur, valideynləri maarifləndirmək üçün müxtəlif məqalələr dərc olunur, bir çox tədbirlər görülür. Amma buna baxmayaraq, yenə də valideynlərin bəziləri erkən nigahı normal qəbul edir və zorakılıqla da olsa qızlaırnı ərə verməyə həvəslidirlər. Bu da qızların təhsildən geri düşməsinə səbəb olur. Təəssüf ki, erkən nigahlar və qızların təhsildən uzaqlaşması ən çox kənd yerlərində rast gəlinir.

Bəs bölgələrdəki qızları təhsilə cəlb etmək üçün hansı işlər görülür?

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bizim.Media-nın sorğusuna cavab olaraq bunları deyib:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2021-ci ildən başlayaraq Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr Beynəlxalq Qızlar Günü münasibəti ilə “Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyasına start verilib. 2023-cü ildən etibarən Kampaniya daha geniş vüsət alaraq  “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi kimi davam edir. Layihə çərçivəsində regionlardan və aztəminatlı ailələrdən olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan qızlara dəstək göstərilir. 2022-ci ildən etibarən layihə  Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə davam edib. Layihənin davamlılığının təmin etmək məqsədilə AR Elm və Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Gənc Qızların Təhsilinə Dəstək Kampaniyası” layihəsinin birgə icrası ilə bağlı niyyət protokolu imzalanıb. Həmçinin 2023-cü ildə “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı təsis olunub”.

Layihəyə cəlb olunan qızların sayı

Komitədən bildirilib ki, layihənin davam etdiyi  4 il ərzində 2024-cü il də daxil olmaqla, ümumilikdə respublikanın  58 rayonu üzrə 144 nəfər qız layihəyə cəlb olunub.

“Belə ki, 2021-ci ildə 14 nəfər, 2022-ci ildə 25 nəfər, 2023-cü ildə 55 nəfər, 2024-cü ildə 50 nəfər seçilib. Ölkənin müxtəlif regionlarından layihəyə seçilənlər arasında Ağdam, Füzuli, Masallı, Zaqatala və Bərdə rayonlarından qızların təmsilçiliyi daha yüksək olub. Layihədə həmçinin şəhid övladı olan tələbə qızlara da dəstək göstərilib. Ümumilikdə layihə keçirilən müddətdə 37 nəfər tələbə qız 600-dən çox və 1 nəfər 700 bal (2024-cü ildə)  toplayıb”.

Yeni tədbirlər görüləcək...

“”Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti anlaşma memorandumu 30 oktyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanıb. Memorandumun imzalanmasının məqsədi qızların təhsil imkanlarını artırmaq və onların gələcək inkişafına dəstək olmaqdır. Məlumat üçün bildirək ki, bankla əməkdaşlıq çərçivəsində ilk təqaüd proqramı “Arzumuz var” sloqanı ilə həyata keçiriləcək. Təqaüd proqramının ilk mərhələsində Bakı şəhəri və regionlardan (Ağcabədi, Qusar, Göyçay) olan 15 nəfər abituriyent qıza dəstək göstəriləcək”.

Nuray, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

End of content

No more pages to load

RADİO