İkili vətəndaşlığı olan şəxslər də hərbi xidmətə APARILIR? – HÜQUQİ İZAH

“Azərbaycan Respublikasının hüquq sistemi dövlət suverenliyinin qorunması və milli maraqların müdafiəsi prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşlıq anlayışı yalnız bir ölkənin – Azərbaycan Respublikasının vətəndaşlığını tanıma prinsipinə söykənir.

Dövlətin hüquqi sistemi “ikili vətəndaşlıq” anlayışını qəbul etmir, lakin müəyyən şəxslər bir neçə ölkənin vətəndaşı kimi çıxış edə bilərlər. Azərbaycan qanunvericiliyinə əsasən, belə şəxslər yalnız Azərbaycan vətəndaşı kimi qəbul edilir və bütün hüquq və vəzifələr bu çərçivədə tənzimlənir”.

Bunu ikili vətəndaşın hüquq və səlahiyyətləri haqqında Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova deyib.

İkili vətəndaşlığı olan şəxsin seçmək və seçilmək hüququ varmı?


Müsahibimiz bildirib ki, Azərbaycan vətəndaşları dövlət idarəçiliyində iki əsas hüquqla təmin edilir: səs vermək və seçilmək. Bu hüquqlar fərqli qaydalarla tənzimlənir:

-  Aktiv seçki hüququ: Azərbaycan vətəndaşı olan hər bir şəxs seçkilərdə səsvermə hüququna malikdir. Dövlət yalnız öz vətəndaşlarını tanıdığı üçün, xarici ölkənin vətəndaşlığı bu hüquqa təsir etmir.


- Passiv seçki hüququ: Seçilmək hüququ isə müəyyən qanuni məhdudiyyətlərlə tənzimlənir.


Məsələn, xarici vətəndaşlığı olan şəxslər və ya xarici dövlət qarşısında öhdəliyi olanlar dövlət idarəçiliyinə namizədliyini irəli sürə bilməzlər. Bu məhdudiyyətlər dövlət idarəetməsinin tam müstəqilliyini təmin etmək məqsədini daşıyır”.

Bəs, ikili vətəndaşlığı olan şəxs hərbi mükəlləfiyyət daşıyırmı?

“Azərbaycan qanunvericiliyi hər bir vətəndaşı dövlətin müdafiəsinə cəlb edir. Xarici ölkənin vətəndaşı olmaq bu öhdəliyi aradan qaldırmır. Bu yanaşma dövlətin təhlükəsizliyinin təmin edilməsi və ərazi bütövlüyünün qorunması məqsədinə xidmət edir.

Azərbaycan hüquq sistemi suverenliyi, hüquqi idarəçiliyinin müstəqilliyini və milli maraqları qorumaq üçün vətəndaşlıq hüququ, seçki hüququ və hərbi mükəlləfiyyətləri dəqiq tənzimləyir.


Bu hüquqi rejim, bütün vətəndaşlara bərabər hüquq və öhdəliklər təqdim etməklə yanaşı, xarici təsirlərin qarşısını almağı və milli təhlükəsizliyi təmin etməyi əsas məqsəd götürür”, - hüquqşünas qeyd edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

End of content

No more pages to load

RADİO