“Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir, eyni zamanda İran İslam Respublikası ilə əldə edilmiş razılaşmaya əsasən, Araz körpüsünün tikintisi davam edir”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı son müsbət qərar yoxdur.
Günay Şahmar, Bizim.Media