Bu tarixdə meteor yağışı OLACAQ

Hər il 4-20 dekabrda təkrarlanan Geminidlər meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir.

Bu barədə Bizim.Media-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, Geminidlər ən intensiv dövri meteor sellərindən biridir:

"Aysız səmada saatda 150-dək meteoru müşahidə etmək mümkündür. Meteor yağışı əsasən Şimal Yarımkürəsində daha aydın görünəcək, lakin Cənub Yarımkürəsində də daha az intensivliklə izlənə bilər. Selin radiantı Əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar. Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər".

Məlumata görə, meteor selləri adətən komet mənşəli olurlar:

"Lakin Geminidlər 3200 Faeton adlı göy cismi ilə əlaqələndirilir. 1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt Yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır. Faetonun asteroid yoxsa komet olduğu hələ də dəqiq bilinmir, çünki Günəşə yaxınlaşdıqda "quyruq" yaratmır. Bu səbəbdən onun daş tərkibli yeni tip obyekt və ya "sönmüş" komet olduğu ehtimal edilir".

"Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın tam fazaya yaxın olması səbəbindən işığı müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər. Ay 14 dekabrda saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq.

Lakin 07:25-də artıq səhər alaqaranlığı başlayacaq və müşahidələr çətinləşəcək", - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beş gün ardıcıl meteor yağışı müşahidə olunacaq - BU TARİXDƏN

Beş gün ardıcıl meteor yağışı müşahidə olunacaq - BU TARİXDƏN

Bakı metrosu: Sərnişin rahatlığı və təhlükəsizliyi artırılacaq

Bakı metrosu: Sərnişin rahatlığı və təhlükəsizliyi artırılacaq

Samir Nuriyev: “WUF13 üçün 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib”

Samir Nuriyev: “WUF13 üçün 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib”

Rusiyadan hücum XƏBƏRDARLIĞI - "Kiyevdən əhalini təxliyə edin"

Rusiyadan hücum XƏBƏRDARLIĞI - "Kiyevdən əhalini təxliyə edin"

"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?

"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?

Paşinyan Karapetyanı məhkəməyə verəcək: “Onu bir ton göbələklə yedizdirəcəyəm”

Paşinyan Karapetyanı məhkəməyə verəcək: “Onu bir ton göbələklə yedizdirəcəyəm”

WUF13-ün Təşkilat Komitəsinin iclası keçirildi – FOTO

WUF13-ün Təşkilat Komitəsinin iclası keçirildi – FOTO

Uşakov: “İrəvan iki stulda oturmağa çalışır, bu isə Moskvada təəssüf doğurur”

Uşakov: “İrəvan iki stulda oturmağa çalışır, bu isə Moskvada təəssüf doğurur”

Abbas Əraqçı Əli Xameneiyə sui-qəsddə İTTİHAM EDİLİR

Abbas Əraqçı Əli Xameneiyə sui-qəsddə İTTİHAM EDİLİR

Pezeşkian: “Etirazlar üzərindən qurulan plan işə yaramadı” - VİDEO

Pezeşkian: “Etirazlar üzərindən qurulan plan işə yaramadı” - VİDEO

Azərbaycanda Aşpazlıq Universiteti yaradıla bilər – Qastronomiya sahəsində YENİLİK

Azərbaycanda Aşpazlıq Universiteti yaradıla bilər – Qastronomiya sahəsində YENİLİK

Prezident mükafatına layiq görülən Xalq artistindən ÖZƏL AÇIQLAMA

Prezident mükafatına layiq görülən Xalq artistindən ÖZƏL AÇIQLAMA

Paytaxtın məşhur kafesində TƏHLÜKƏ - FOTO

Paytaxtın məşhur kafesində TƏHLÜKƏ - FOTO

25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirildi – VİDEO

25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirildi – VİDEO

Moskvada 9 May paradında hərbi texnika nümayiş olunmayacaq

Moskvada 9 May paradında hərbi texnika nümayiş olunmayacaq

Gündə neçə saat yatmaq lazımdır?

Gündə neçə saat yatmaq lazımdır?

Mask bir ildə 10 milyard dollar vergi ödədiyini açıqladı

Mask bir ildə 10 milyard dollar vergi ödədiyini açıqladı

FİFA-dan “Neftçi”yə XƏBƏRDARLIQ - 200 min avronu tam ödəməsə...

FİFA-dan “Neftçi”yə XƏBƏRDARLIQ - 200 min avronu tam ödəməsə...

VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilir – FOTO/VİDEO

VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilir – FOTO/VİDEO

Melonidən süni intellektlə hazırlanan açıq-saçıq fotosuna REAKSİYA: “Bir az yaxşılaşdırıblar”

Melonidən süni intellektlə hazırlanan açıq-saçıq fotosuna REAKSİYA: “Bir az yaxşılaşdırıblar”

Qəbiristanlığa atılan azyaşlının atası tapıldı

Qəbiristanlığa atılan azyaşlının atası tapıldı

Ata-oğul da təltif edildi

Ata-oğul da təltif edildi

"Alp Delux" şadlıq evində qonaqlara at əti verilirmiş - FOTO

"Alp Delux" şadlıq evində qonaqlara at əti verilirmiş - FOTO

Qadınlara kişilər qədər maaş ÖDƏNİLƏCƏK

Qadınlara kişilər qədər maaş ÖDƏNİLƏCƏK

End of content

No more pages to load

RADİO