Quba şəhərində bir neçə gün əvvəl baş verən qəzada sürücülərdən biri bu gün Qusar rayon mərkəzi xəstəxanasında ölüb.
Bizim.Media-nın məlumatına görə, şəhərin Vaqif küçəsində Pikapla “Elantra”nın toqquşması nəticəsində sonuncunun sürücüsü tibb müəssisəsinə yerləşdirilmişdi.
Qubanın Mirzəmətkənd kənd sakini olan sürücü 2001-ci il təvəllüdlü Quliyev Teymur Faiq oğlu bu gün vəfat edib.
Faktı Quba rayon polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu