Səs-küy salıb, qonşuları narahat edənləri hansı CƏZA GÖZLƏYİR?

Azərbaycanda insanlar tez-tez qonşuların səs-küyündən şikayətlənirlər. Əsasən də bina evidə yaşayanlar üst qonşuların səsindən narahat olurlar. Çox insan narahat olsa da, düşünür ki, hər kəs öz evində istədiyi kimi səs çıxara bilər. Buna görə də, hansı addımları atacaqlarını bilmirlər.Halbuki, beynəlxalq təcrübədə bununla bağlı sərt qaydalar tətbiq olunur. İnsanlar da istirahətlərini pozan səs-küyə qarşı həssas yanaşırlar.  Azərbaycanda da qonşuların narahat etmə ehtimalına qarşı hüquqi tədbirlər görmək mümkündür.

Kimə şikayət etməli?

Hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya bu barədə məlumat verib.

“Qonşuların hər hansısa təmir işləri aparması, və yaxud da ümumiyyətlə, yaşadıqları ərazidə digər sakinlərin narazılığına səbəb olan səs-küylərin salınması qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə, məişətdə səs-küyə qarşı mübarizə tələblərini pozanlar 152-200 manat miqdarında inzibati qaydada cərimə olunurlar.

Gecə saat 24:00-dan 07:00-a qədər səsgücləndiricilər, TV, maqnitafon, musiqi ilə digər qonşulara narahatlıq yaratmaq, onların istirahət hüququnun pozulması bu qanuna aiddir.

Sakinlər polisə müraciət etməklə, həmin evə dəvət edib pozuntunun rəsmiləşdirilməsinə  nail ola bilərlər. Bunun nəticəsində həmin qonşuya qarşı inzibati qaydada pratokol tərtib olunacaq və bununla bağlı həmin sakin 150 manatdan 200 manata qədər cərimə oluna bilər”.

Binaların infrastrukturu


Təbii ki, qonşular başqalarının istirahətlərini pozmamağa diqqət etmələri ilə bərabər binaların tikilməsinə də diqqət yetirilməlidir. Bir çox ölkələrdə tikilən binalarda səs-küyün qarşısını almaq məqsədilə yeni infrastrukturda (məsələn, səs izolyasiya materiallarının istifadəsi) və evlərdə səs-küyün minimuma endirilməsi üçün texnologiyalar inkişaf etdirilir.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

End of content

No more pages to load

RADİO