Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı elektron portal istifadəyə verildi - FOTO

Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.

“Təmiz Şəhər” ASC-dən Bizim.Media-ya bildirilib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.

“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb.

Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılıb.

Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı hazırlanıb.

Mövcud tələblərə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Daha sonra zəruri məlumatlar yeni istifadəyə verilmiş portala daxil edilməklə nəqliyyat vasitəsi utilizasiyaya təqdim edilir. Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş almaq mümkündür.

Ötən dövr ərzində 35 nəqliyyat vasitəsi utilizasiyaya verilmiş və birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

End of content

No more pages to load

RADİO