BİZİM TƏQVİM:4 dekabrda baş vermiş tarixi hadisələr

1154-cü ilin 4 dekabrında Papalıq mövqeyinə ilk dəfə bir ingilis seçildi: Nikolas Brikspeə  IV Hadrianus adı ilə Papa oldu.

Bəs, dekabrın 4-də dünyada daha nələr olub?


1. 4 dekabr 1797-ci il fərmanı ilə Rusiya çarı II Yekaterina Bakının işğalı barədə əmr verdi. Onun təlimatı əsasında Sisyanov Bakı şəhərinin komendantı təyin olundu. Lakin çariçanın ölümündən sonra oğlu I Pavel bu fərmanı ləğv etdi. 

2. 4 dekabr 1858-ci ildə ingilislər Hindistan Türk İmperatorluğunun hökmdarı II Babur şahı taxtından endirərək Mahmud Qəznəvidən başlayan, Hindistanda 9 əsrdir sürən türk hakimiyyətinə son qoydu. Babur şahı Birmaniyaya sürgünə göndərildi.


3. Osmanlı dövləti üçün məmur hazırlamaq üçün Sultan Əbdülməcid tərəfindən 1856-cı ilin 4 dekabrında “Məktəbi-Mülkiyə” açıldı.


4. 4 dekabr 1918-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Vidro Ulison  Birinci Dünya Müharibəsinin sülh danışıqları üçün Fransaya getdi. Bununla V.Uilson Avropaya gedən ilk ABŞ prezidenti olaraq tarixə düşdü.

5. 1922-ci ilin bu günündə Misirdə firon Tutanxamonun məzarı ictimaiyyətə açıq elan edilib. İngilis arxeoloqları tərəfindən kəşf olunub. Onun mumiyalanmış cəsədi bu günədək ciddi zədə almadan qalıb və Misirdə Fironlar vadisi Luksorda şüşə sərdabədə saxlanılır. Fironun məzarı aşkar edilərkən oradan 1 ton 200 kiloqram qızıl tapılıb. Tutanxamonun üz maskası və ona məxsus digər qiymətli əşyalar Qahirədəki Misirşünaslıq muzeyində sərgilənir.
 

6. 1943-cü ilin 4 dekabrında ABŞ prezidenti Franklin Ruzvelt  və İngiltərənin baş naziri Vinston Çörçil Türkiyənin Almaniyaya qarşı müharibəyə girməsi üçün Qahirədə Türkiyənin baş naziri İsmət İnönü ilə bir araya gəldilər. Üç gün davam edən müzakirələrdən sonra İ.İnönü ABŞ və İngiltərənin Türkiyənin müharibəyə girmə tələblərinə razı olmadığını bildirdi. Amma Türkiyə döyüşün bitməsinə çox az qalmış Almaniya və Yaponiyaya müharibə elan etdi və Birləşmiş Millətlər Təşkilatının qurucu üzvləri arasına qatıldı.


7. 1946-cı ildə Moskva Avtomobil Zavodunda ilk “Moskviç-400” avtomobili yığıldı. Bu maşınların ilk kütləvi istehsalına isə 1947-ci ildə başlanıldır. Ən yüksək sürəti saatda 90 kilometr olan bu 4 yerlik avtomobil əslində Almaniyanın “Opel-Cadet” maşınının dəqiq təkrarı idi. 


8. 1954-cü ilin bu günü Turizmdən Yazan Jurnalist və Yazıçıların Beynəlxalq Federasiyasının əsası qoyulub.


4 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün Şərq İntibahının görkəmli nümayəndəsi, şair, alim və filosof Ömər Xəyyamın xatirə günüdür. Riyaziyyat və fəlsəfəyə dair sanballı əsərlərin müəllifi olan Ömər Xəyyama əsl dünya şöhrətini rübailəri qazandırıb. (1048-1131)


2. Rus çar ordusunun general-leytenantı Fərəc bəy Ağayevin anadan olduğu gündür. O Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısıdır. O həm də Şamaxı ali ibtidai məktəbini əla qiymətlərlə bitirən Zərdabinin Tiflisdə təhsilini davam etdirməsində onun əvəzedilməz rolu olub.(1814- 26.11. 1891).


3. İran şairi Əbülqasım Lahuti 1887-ci il 4 dekabrda dünyaya gəlib.   1905-1911-ci illər İran inqilabının iştirakçısı olan Lahuti 1916-cı ildə Kirmanşahda “Bisotun” qəzetini, 1921-ci ildə İstanbulda fars və fransız dillərində “Pars” jurnalını buraxıb. Əbülqasım Lahuti 1922-ci ildə Təbriz üsyanına başçılıq edib. Üsyan yatırıldıqdan sonra SSRİ-yə gələrək ömrünün sonunadək burada yaşayıb. Moskvada SSRİ Xalqlarının Mərkəzi Nəşriyyatında işləyib, Tacikistan maarif nazirinin müavini olub(1887-1957)

4. 4 dekabr 1896 – Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.

5. 1931-ci ilin bu günüdə tanınmış neftçi, qazma ustası, Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynovun doğum günüdür (1931-1986). “Azərbaycanın neft ustası”, “SSRİ-nin fəxri neftçisi” fəxri adlarına layiq görülən İsrafil Hüseynovun adı Xəzərdə yeni neft rayonunun mənimsənilməsi ilə bağlıdır.


6. 4 dekabr 1979-cu ildə Xalq artisti Sona Hacıyeva (25.6.1907 – 1979) vəfat edib. Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərində çəkilib


7. 4 dekabr 2011-ci ildə dünya futbolunun əfsanə adlarından olan, Braziliya milli komandasının oyunçusu Sokrates (Socrates) 57 yaşında həyatdan köçüb. (1954-2011)

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Real”ın məşqində dava düşdü

“Real”ın məşqində dava düşdü

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Prezident onları da mükafatlandırdı - FOTO

Prezident onları da mükafatlandırdı - FOTO

"Altıncı hissi" olan BÜRCLƏR

"Altıncı hissi" olan BÜRCLƏR

Bakı məktəblərində şagirdlərdən müəllimlərə qarşı utancverici davranış - VİDEO

Bakı məktəblərində şagirdlərdən müəllimlərə qarşı utancverici davranış - VİDEO

Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu

Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu

Erməni səfir Rusiya XİN-ə çağırıldı - Zelenskiyə görə...

Erməni səfir Rusiya XİN-ə çağırıldı - Zelenskiyə görə...

Prezident mükafatına layiq görülən Təyyar Bayramov: “Daha da əzmlə çalışmağa stimul verir…” - ÖZƏL

Prezident mükafatına layiq görülən Təyyar Bayramov: “Daha da əzmlə çalışmağa stimul verir…” - ÖZƏL

Zelenskidən Rusiyanın atəşkəs təklifinə REAKSİYA: "Qəribə və qeyri-adekvat..." - VİDEO

Zelenskidən Rusiyanın atəşkəs təklifinə REAKSİYA: "Qəribə və qeyri-adekvat..." - VİDEO

Baqai: İran Amerikanın təkliflərini araşdırır

Baqai: İran Amerikanın təkliflərini araşdırır

Bu gün Livanda daha 15 nəfər öldürüldü...

Bu gün Livanda daha 15 nəfər öldürüldü...

Pezeşkian: "Hər kəs artıq lampalarını söndürsün"

Pezeşkian: "Hər kəs artıq lampalarını söndürsün"

Zelenski: 9 mayda Moskvada olmağı tövsiyə etmirəm!

Zelenski: 9 mayda Moskvada olmağı tövsiyə etmirəm!

Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalandı - FOTO

Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalandı - FOTO

End of content

No more pages to load

RADİO